Nigeriya: oğurlanmış qızların valideynləri kömək istəyirlər

Çərşənbə günü nümayişçilər hökuməti qızların azad olunması üçün yetərincə səy göstərməməkdə suçlayıblar.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Çərşənbə günü nümayişçilər hökuməti qızların azad olunması üçün yetərincə səy göstərməməkdə suçlayıblar.

İki həftə bundan əvvəl məktəbə basqından sonra oğurlanmış 230-dan artıq qız uşağının valideynləri yürüş keçirərək övladlarının qaytarılamasında daha fəal kömək görmək istədiyini deyiblər.

"Biz daha çox yardım görmək istəyirik”, - adının açıqlanmasını istəməyən yürüş iştirakçılarından biri bildirib.

O ölkənin şimal-şərq bölgəsində baş verən hadisədən sonra ictimai dəstəyə görə minnətdarlığını ifadə edib.

Çərşənbə günü əsasən qadınlardan ibarət bir neçə yüz nümayişçi payxtaxt Abucada yürüşə qatılaraq qızların azad olunması üçün hökumətin yetərincə səy göstərmədiyi barədə parlamentə məktub təqdim edib.

Daxili işlər naziri Abba Moro "emosialı çıxışları" başa düşdüyünü bildirib. Lakin o, qızların azad olunması üçün hökumətin nə kimi addım atdığını açıqlaya bilməyəcəyini qeyd edib.

Qızların Çibok şəhərindəki məktəbdən Boko Haram qrupu tərəfindən qaçırıldığı güman edilir.

İslamçı qrup hadisədə əli olduğu barədə ittihamlara cavab verməyib.

Güman edilir ki, son bir neçə il ərzində ölkənin şimalında fəal olan qrupun həmlələri və ona qarşı həyata keçirilən zorakı addımlar 1500-dən artıq adamın ölümünə bais olub.