Boko-Haramın əsir götürdüyü 60 qadın qaçıb

Nigeriyanın şimalında islamçı Boko-Haram qrupunun oğurladığı qadınlardan 60 nəfəri qaçıb, Nigeriyanın kəşfiyyat idarəsi bildirib.

Onlar iyun ayında Borno ştatının Damboa şəhərindən qaçırılan 68 nəfərin içində olub.

Yerli media yazır ki, qadınlar cümə günü qiyamçıların hərbi bazalarını artırma prosesi zamanı qaça bilib.

Lakin bununla yanaşı, Ordu Damboada cihadçılarla döyüşdə 50 nəfərin öldürüldüyünü deyib.

Boko Haram qrupu aprel ayından bəri 200 nəfərdən çox qadın oğurlayıb. Bundan sonra Nigeriya Ordusu islamçılara qarşı heç bir ölçü götürməməyə görə sərt tənqid edilib.