Nigeriyanın şimalında yenidən bir qrup qadın oğurlanıb

boko_haram_protests

Şəklin mənbəyi, Reuters

Nigeriyanın şimalında Chibok şəhəri yaxınlığında bu ilin aprelində "Boko Haram" islamçı qruplaşmasının silahlılarının 200 qadını zor gücünə apardığı yerdə yenidən ən azı 20 qadın oğurlanıb.

Yerli ağsaqqallardan birinin BBC-yə verdiyi məlumata görə, hərbi geyimli kişilər qadınları silah altında avto furqonlara minməyə məcbur edib, daha sonra onları naməlum istiqamətə aparıblar.

Yerli hakimiyyət oğurluğun araşdırmasını aparır.

Nigeriya ordusunun nümayəndələri BBC-yə deyib ki, onlara bu hadisə barədə heç nə məlum deyil.

Bir çox nigeriyalılar hərbiçiləri hərəkətsizlikdə ittiham edir və deyirlər ki, onlar özləri "Boko Haram"ın silahlılarından özlərini qorumağa məcburdurlar.