Müsəlman Qardaşlarının mənəvi lideri həbs olunub

Müsəlman Qardaşlarının mənəvi lideri, Məhəmməd Badie Qahirədə həbs edilib. Onun Nəsr şəhərindəki mənzilində saxlanıldığı bildirilir. Cənab Badie vəzifəsində müvəqqəti olaraq müavini Mahmud Ezzat-la əvəzlənib.

Ötən çərşənbədən bəri Misirdə fövqəladə vəziyyət elan edib, hadisələr zamanı yüzlərlə insan öldürülüb. Sinayda isə 25 polisin öldürülməsi ilə bağlı üç günlük matəm elan edilib. Güman edilir ki, onları silahlı islamçılar öldürüb.

Bazar günü saxlanılan 36 islamçı etirazçı polis mikroavtobusunda həyatını itirib. İnsan haqları üzrə BMT qurumu hadisənin araşdırılmasına səsləyərək olayla bağlı "dərin narahatlığını" bildirib".

Son günlər ərzində təhlükəsizlik qüvvələr və etirazçılar arasında ölənlərin ümumi sayı 900 civarlarındadır. Zorakılıq devrilmiş prezident Morsi tərəfdarlarının iki düşərgəsinin etirazçılardan təmizlənməsindən sonra yer şiddətlənib.

Badie-nin həbsi

Məhəmməd Badie prezident Morsiyə əleyhinə etiraz iştirakçılarına qarşı hərbi gücdən istifadə qərarını verməkdə ittiham olunur.

Badie-nin saxlanılmasından bir neçə gün əvvəl onun 38 yaşlı oğlu Ramzes Meydanı yaxınlığında güllələnib. Məhəmməd Badie-nin müavini Xairat al-Şatir də prezidentin devrilməsindən sonra həbs olunub.

Bazar ertəsi Sinayda 25 polisin islamçı olduğu güman edilən basqınçıların həmləsində qətlə yetirilməsi ilə bağlı 3 günlük matəm elan olunub. Gəzza ilə sərhəd yaxınlığında baş vermiş basqın son illər ərzində təhlükəsizlik qüvvələrinə ən güclü zərbə hesab olunur.

Hücumun kim tərəfindən həyata keçirildiyi açıqlanmayıb.

Morsinin işi ilə bağlı yeni faktların nəzərdən keçirilməsinə görə devrilmiş prezidentin həbsdə qalma müddəti 15 gün də uzadılıb. Ötən cümə günü onun həbsi artıq bir ay müddətinə uzadılmışdı.