Misir iğtişaşları: islamçı məhbuslar öldürülüb

Qahirədə məhbusların yerini dəyişən zaman ən azı 36 islamçı öldürülüb.

Daxili İşlər Nazirliyi deyib ki, onları naməlum silahlı(lar) güllələyib.

Müsəlman Qardaşlığı hadisəni "soyuqqanlı qəsd" adlandırıb.

Avropa Birliyi səfirləri isə ötən çərşənbədən bəri ən azı 830 nəfərin həyatını itirdiyi Misir hadisələrini müzakirə etməlidir.

Bazar günü Misir ordusunun rəhbəri devrilmiş prezident Mohammed Morsinin tərəfdarlarını nəzərdə tutaraq deyib ki, Misirdə "hamıya yer var".

Amma onlar "milli tərəfliliyinə yenidən baxmalıdır", rəsmi bildirib.

Lakin Gen Abdul Fattah al-Sisi xəbərdarlıq edib ki, ordu iğtişaşlara dözməyəcək.

"Biz ölkənin dağıdılmasını sakitcə izləməyəcəyik və insanlar öz xalqına qarşı terror törədir və onları incidir".

Müvəqqəti hökümət cənab Morsi tərəfdarlarının iyulun 3-dən bəri terror kampaniyası apardığını qeyd edib.

Çərşənbə günü Ordu Müsəlman Qardaşlığına aid iki düşərgəni təmizləyib, bu zorakılıq isə ölkəni iki tərəfə ayırıb.

Məhbuslara hücum yoxsa, gözyaşardıcı qaz?

Öncə daxili işlər nazirliyi bildirib ki, Qalyubia rayonunda Abu Zaabal həbsxanasına 612 nəfər məhbusun köçürülməsi zamanı naməlum silahlı(lar)ın hücumuna məruz qalıb.

Daha sonra, nazirlik məhbusların qaçmaq istədiyi zaman bir polisi girov götürməsi ilə polislərin işlətdiyi gözyaşardıcı qazın təsiri ilə həyatını itirdiyini deyib. Polis nəfəri sonradan azad buraxılıb, amma ağır yaralanıb, hərbi mənbələr deyib.

Başqa bir mənbə Reuters agentliyinə deyib ki, məhbuslar dar bir polis mikroavtobusunda boğulub.

AP agentliyinə qeyri-rəsmi danışan rəsmilər isə bütün məhbusların islamçı olmadığını qeyd edib.

Müsəlman Qardaşlığı isə 35 nəfər üzvünün öldüyünü açıqlayıb.

Ötən çərşənbədən bəri Misirdə 70 nəfəri polis və əsgər olmaqla 830 nəfər öldürülüb.