Qahirədə qanlı çərşənbə

Təhlükəsizlik işçiləri Qahirədə Məhəmməd Morsi tərəfdarlarının düşərgələrini dağıdarkən bir çox adamın ölməsinə dair məlumatlar yayılıb.

14 avqust 2013, Qahirə
Şəklin alt yazısı, Misir təhlükəsizlik qüvvələri Məhəmməd Morsi tərəfdarlarının etiraz düşərgələrinə hücum etdikdən sonra bir çox insanın ölməsi barədə məlumat var.
14 avqust 2013, Qahirə
Şəklin alt yazısı, Rabaa al-Adawiya məscidi ətrafında etirazçıların qurduğu düşərgələri yanğınlar məhv edib.
14 avqust 2013, Qahirə
Şəklin alt yazısı, Hakimiyyət orqanları deyir ki, Nadha Meydanındakı düşərgə artıq dağıdılıb.
14 avqust 2013, Qahirə
Şəklin alt yazısı, Böyük anti-hökümət etirazlarından sonra Məhəmməd Morsi iyulun 3-də, ordu tərəfindən qovulub.
14 avqust 2013, Qahirə
Şəklin alt yazısı, Cənab Morsinin tərəfdarları və Müsəlman Qardaşları üzvləri iki həftədir ki, Qahirədə iki məkanda düşərgələr salıb. Onlar cənab Morsinin hakimiyyətə qaytarılmasını istəyirlər.
14 avqust 2013, Qahirə
Şəklin alt yazısı, Misir ordusu polisə kömək etmək üçün Rabaa al-Adawiya məscidinin yanındakı oturum aksiyasına müdaxilə edib, dövlət televiziyası məlumat verir.
14 avqust 2013, Qahirə
Şəklin alt yazısı, Daxili işlər nazirliyi deyib ki, hakimiyyət orqanlarının axtarışında olmayan adamlara rahat çıxış veriləcək. Digər etirazçılar qandallanaraq həbs olunub.
14 avqust 2013, Qahirə
Şəklin alt yazısı, Ölümlərin sayı təsdiqlənməyib və yaralılar haqqında məlumatlar çox ziddiyətlidir.
14 avqust 2013, Qahirə
Şəklin alt yazısı, Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.