Misir: Qahirədə ölənlərin sayı 500-ü keçib
Qahirədə vəziyyət sakitlikdir, amma gərginliyin davam etməsi xəbər verilir.
Misirin müvəqqəti hökümətinin devrilmiş prezidentin tərəfdarlarına qarşı etdiyi təmizləmə əməliyyatından sonra yüzlərlə insan ölməsi ölkədə fövqəladə vəziyyət yaradıb.
Etirazçıların iki düşərgəsində aparılan əməliyyatda ən azı 500 nəfərin öldüyü deyilir.
Hazırda Misirdə komendant saatı tətbiq edilir.
BBC-nin Qahirə müxbiri Bethany Bell deyir ki, misirlilər bu səhəri qorxu və qeyri-müəyyənlik içində açıb.
Xanım Bellin sözlərinə görə, səhər komendant saatı bitsə belə, Nil çayı üzərində körpülərdə və mərkəzi küçələrdə daha az nəqliyyat gözə çarpır.
Cümə axşamı səhəri Rabaa əl-Adawiya məscidinin yaxınlığında etiraz düşərgəsinin qalıqları təmizlənməyə başlayıb.
Eman məscidi yaxınlığında isə ailələr yaxınlarının meyitlərini aparmağa çalışır, BBC-nin Khaled Ezzelarab deyir.
Etirazçılar iyulun 3-də devrilmiş prezident Mohammed Morsinin bərpasını tələb edirdi.
Etirazçıları dəstəkləyən Müsəlman Qardaşlığı məlumat yayıb ki, çərşənbə günü iki min insan öldürülüb.
Lakin müvəqqəti hərbi hökümət rəqəmləri 137 göstərib, 57 nəfərin Nahda Meydanında, 29-un isə Helvanda öldüyünü bildirib. 198 nəfər isə rayonlarda həyatını itirib.
Rəsmi məlumata görə, 43 polis nəfəri də öldürülüb. 3,572 nəfərsə yaralanıb.
Hökümət bildirib ki, polis etirazçılarla “professional davranıb”.
BBC-nin Orta Şərq redaktoru Jeremy deyir ki, Müsəlman Qardaşlığı etirazlarını davam etdirəcək.
Çünki, onlar 80 il Misirə hakimlik etməyi gözləyib və onlar özlərinə qarşı ədalətsizlik hiss edir, Bowen deyib.
Hadisələr zamanı üç jurnalist də həyatını itirib, onlar- Sky News-un operatoru Mick Deane, Gulf News reportyoru Habiba Ahmed Abd Elaziz və Misirin gündəlik rəsmi qəzetinin əməkdaşı Ahmed Abdel Gawaddır.
Cənab Morsi Misirin ilk ədalətli seçkilər yolu ilə seçilmiş prezidenti idi, o, naməlum yerdə həbsdə saxlanılır və 2011-ci ildə həbsxanadan qaçış zamanı məhbusların ölümündə təqsirləndirilir.