Dünya liderləri Misir hadisələrini pisləyir

Qahirə şəhərində etirazçıların düşərgələrinə ölümcül zərbə yetirilməsi dünya liderlərinin sərt reaksiyasına səbəb olub.
ABŞ Dövlət Katibi John Kerry hadisəni "acınacaqlı" və "barışıq səylərinə real zərbə" adlandırıb.
Avropa Birliyi siyasəti rəhbəri Catherine Ashton və BMT rəhbəri Ban Ki-moon da güc tətbiq edilməsini tənqid edib.
Müvəqqəti hökümət Misirdə fövqəladə vəziyyət elan edildiyindən komendant saatı hökm sürür.
Etirazçılar iyulun 3-də Ordunun devirdiyi prezident Mohammed Morsinin bərpa edilməsini istəyib.
Müsəlman Qardaşlığının müdafiə etdiyi etirazçılar bildirib ki, ötən gün Rabaa al-Adawiya məscidi və Nahda Meydanı yanında qurulmuş iki düşərgəyə edilən hücum iki min insanın həyatına son qoyub.
Müvəqqəti hökümət isə 235 mülkinin, həmçinin 43 polisin öldürüldüyünü açıqlayıb. Rəqəmlər barədə müstəqil faktlar yoxdur.
Müvəqqəti baş nazir Hazem Beblawi aparılmış əməliyyatı müdafiə edərək deyib ki, hakimiyyət təhlükəsizliyi qorumalıdır.
Tənqidlər
Lakin cənab Kerry deyib ki, bu, Misirdə siyasi barışıq səylərinə "ciddi zərbə" olub.
"Bu bütün misirlilər üçün əsas andır. Zorakılıq daha böyük qeyr-stabillik, iqtisadi tənəzzül və əziyyət gətirir", o deyib.
BMT sədri Ban Ki-moon Misir hökümətinin etirazçıları güc hesabına devirmək istəməsindən təəssüflənib.
Xanım Ashton zorakılığı "sərt pisləyib" və "çox təmkinli" olmağa çağırıb.
"Yanlız misirlilərin və beynəlxalq icmanın birgə səyləri ölkəni demokratiya yoluna gətirə bilər", o deyib.
Britaniya baş naziri David Cameron deyib ki, zorakılıq "heç nəyi həll etməyəcək".
"Misirə lazım olan əsl demokratiyaya əsl keçiddir. Bu tərəflərin razılığa gəlməsidir".
Almaniyanın xarici işlər naziri Guido Westerwelle çərşənbə hadisələrini "çox təhlükəlü" adlandırıb.
Fransa isə, "repressiyaların təcili bitməsini" tələb edib.
Türkiyə baş naziri Recep Tayyip Erdoğan baş verənləri "demokratiyaya olan ümidlərə ciddi zərbə" kimi qiymətləndirib.
Misir baş naziri Hazem Beblawi isə televiziya çıxışında "həyatlarını itirmiş insanlara görə baş-sağlığı verib və bildirib ki, milli fövqəladə vəziyyəti tezliklə düzələcək".
Qahirə və bir sıra rayonlarda saat 7-dən səhər 6-a qədər komendant saatı elan edilib.
Ölkənin daxili işlər naziri Mohammed Ibrahim deyib ki, polis "professional davranıb" və etirazçıları günahlandırıb
Cənab İbrahimin sözlərinə görə, Müsəlman Qardaşlığı üzvləri bütün ölkəboyu həbs edilir.




