Misir: Morsi tərəfdarlarına qarşı polis əməliyyatı təxirə salınıb

Misir rəsmiləri devrilmiş prezident Məhəmməd Morsinin tərəfdarlarının Qahirədə keçirdikləri oturaq etiraz aksiyasını dağıtmaq planını təxirə salıblar.
Misirin Təhlükəsizlik rəsmiləri BBC Ərəb xidmətinə bildirirblər ki, aksiyanın dağıdılacağını elan edəndə etirazçıların həmin elanın təsiri altında dağılışmağa başlayacağına ümid edilirdi.
Lakin bu baş vermədi və əksinə olaraq eitraz edənlərin sayı artmağa başlayıb.
İlkin plana görə, Qahirədə Morsi tərəfdarlarının etirazının dağıdılmasına bazar ertəsi günü səhər tezdən başlanmalı idi.
Lakin BBC müxbirinin xəbər verdiyinə əsasən, gün ərzində paytaxtda etirazçıların yerləşdiyi düşərgədə gözlənilən polis fəallığı müşahidə edilmir.
Bu arada Misirin müvəqqəti höküməti devrilmiş president Məhəmməd Morsinin həbs müddətini daha 15 gün artırıb.
Misir hərbiyyəsi tərəfindən iyulun 3-də devrilmiş Məhəmməd Morsi iyulun 26-dan bəri əsasən təcrid olunmuş vəziyyətdə saxlanmaqdadır.
Misir hərbiyyəsi devrilmiş prezidenti Həmas Fələstin təşkilatı ilə sıx əlaqələrdə ittiham edib.
Məhəməd Morsinin dərhal azad olunmasını tələb edən Müsəlman Qardaşlığı Misirin hazırkı hakimi şəxslərinə xəbərdarlıq edib ki, etirazçılara qarşı güc tətbiq etmək cəhdi qanlı hadisələrlə nəticələnəcək.


