Misir böhranı: Müvəqqəti hökümət vəziyyətdən çıxış yolları arayır

Misirin müvəqqəti höküməti növbədənkənar iclasında ölkədə dərinləşən böhrandan çıxış yollarını aramaqdadır.
Bundan əvvəl müvəqqəti hökümətin başçısı Hazem Beblawi devrilmiş prezident Məhəməd Morsinin lideri olduğu "Müsəlman qardaşlığı" təşkilatının buraxılmasını təklif etmişdir.
Son bir neçə gün ərzində "Müsəlman qardaşlığı" təşkilatı ilə polis və qoşun qüvvələrinin ölkənin müxtəlif bölgələrində toqquşması nəticəsində yüzlərlə adam həlak olub.
Müşahidəçilərə görə, Misirdə vəziyyətin normallaşmasına işarə edən heç bir əlamət hələlik görünmür.
Ötən gün təhlükəsizlik qüvvələri uzun sürən qarşıdurmadan sonra Qahirədə "Müsəlman qardaşlığı" təşkilatı üzvlərinin barrikadalar qurduqları Əl-Fəth məsçidinə hücum edərək məsçidi oraya toplaşanlardan təmizləyiblər.
Bundan əvvəl isə, hökümət qüvvələri Qahirənin mərkəzində etirazçıların iki düşərgəsini dağıtdıqdan sonra, "Müsəlman-qardaşlığı" təşkilatı tərəfdarlarını Misirdə hazırkı müvəqqəti rejimə qarşı etiraz aksiyalarının hər gün keçirilməsinə çağırış etmişdir.
Həmin iki düşərgəni dağıtma əməliyyatı zamanı, rəsmi məlumatlara əsasən, 650-dən çox adam həlak olmuşdur, "Müsəlman-qardaşlığı" isə minlərlə insanın həlak olduğunu iddia edir.
