Azərbaycan Avropa Oyunlarında ilk qızıl medalını qazanıb

Şəklin mənbəyi, Getty

Bakıda keçən Avropa Oyunlarında karateçi Firdovsi Fərzəliyev Azərbaycan millisi üçün ilk qızıl medal qazanıb.

Onun ardınca qızıl medala karateçi Rafael Ağayev və güləşçi Rəsul Çunayev layiq görülüb.

Yarışlarda daha iki karateçi - Niyazi Əliyev və İlahə Qasımova bürünc medal alıblar. Milliyə əlavə bürüncü güləşçi Elman Muxtarovun çıxışı gətirib.

Medalların ümumi sayı

Şənbə gününün sonuna İsveçrə və Azərbaycan medalların ümumi sayına görə qaliblər siyahısının üst sətirlərini zəbt ediblər.

Hər iki komanda 6 medal qazanıb ki, onlardan üçü qızıldır. 3-cü yerdə 5 medalla Fransa yığması gəlir.

4-cü yeri isə 4 medalı olan Türkiyə millisi tutur.

Türkiyədən sonra 1 medal qazanan ölkələrin siyahısını Rusiya açır.

Yarışların ilk medalı

Avropa Oyunların ilk qızıl medallarını qazanan isə İsveçrə idmançıları olublar.

Nikola Spiriq triatlon üzrə yarışda qalib gəlib. Jolanda Neff və Nino Schurter isə İsveçrəyə daha iki qızıl medalı dağ velosipedi idmanı yarışında qazanıblar.

Azərbaycan qadın triatlonçuların yarışında bir idmançı ilə təmsil olunub. 26 yaşlı Kseniya Levkovska finişə 2 saat 5 dəqiqə 47 saniyəyə çatıb. O, bu nəticə ilə 17-ci yeri tutub, apasport xəbər verir.

Şəklin mənbəyi, Getty

Şənbə günü voleybol, triatlon, dağ velosipedi idmanı, su polosu, sinxron üzgüçülük, stol üstü tennis, karate və güləş üzrə yarışlar keçirilir. Cümə günü rəsmi açılış mərasimindən öncə idman mübarizəsinə start sinxron üzgüçülərin çıxışı ilə verilib.

Şəklin mənbəyi, Getty

Şəklin mənbəyi, Getty

Cümə günü Azərbaycan paytaxtında ilk Avropa Oyunlarının açılış mərasimi keçirilib. Oyunlara 6,000 atlet qatılıb. Qitənin milli olimpiya komitələrini birləşdirən EOC (Avropa Olimpiya Komitələri) təşkilataının sədri Patrick Hickey açılış nitqində tədbiri “əlamətdar hadisə” adlandırıb.

Hərçənd ki, oyunların keçirmək istəyən yeganə iddiaçı olan Bakını seçmək barədə EOC qərarı Azərbaycanın insan hüquqları sahəsindəki durumuna görə tənqidlər doğurub. Təşkilatçılar idman tədbirini siyasətlə qarışdırmamağa səsləyirlər. Bakı tənqidlərin qərəzli olduğunu bildirir.

Şəklin mənbəyi, AP

Avropa Oyunlarının məşəlini stadiona - paralimpiyaçı İlham Zəkiyev gətirib və Oyunları Azərbaycan prezidenti İlham Əliyev açıb. Tədbirdə Rusiya və Türkiyə prezidentləri iştirak ediblər.

Şəklin mənbəyi, Getty

Şəklin mənbəyi, Getty

Şəklin mənbəyi, Getty

Şəklin mənbəyi, EPA

Şəklin mənbəyi, Getty

Nağara və muğam sədaları ilə müşayiət olan açılış tənətənələrində simvolik məna daşıyan bir çox obrazlarla yanaşı Azərbaycanın məşhur xalı naxışları və nəhəng nar nümayiş etdirilib.

“Mən Bakıda [Olimpiya Oyunlarının] açılış mərasimində iştirak etməkdən və bu gözəl şəhərdə Avropa Oyunlarında yarışacaq heyrətamiz atletləri təbrik etməkdən qürur duyuram", çıxışından əvvəl Oyunların rəsmi saytında yer alan məlumata görə, Lady Gaga deyib.

İyunun 12-də Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülük üzrə duetlərin təsnifat yarışmasında rusiyalı idmançılar mərhələnin qalibi olublar. Təsnifat mərhələsində ilk 10-luğa düşə bilməyən Azərbaycan idmançıları isə bu idman növü üzrə mübarizəni davam etdirmək şansını əldən veriblər.

Avropa Oyunları nədir?

Şəklin mənbəyi, BBC World Service

Avropa Oyunları Avropa Olimpiya Komitəsi tərəfindən təsis edilib və 2012-ci ildə Romada keçirilən Baş Assambleya iclasında ilk oyunun keçiriləcəyi yer seçilib.

<link type="page"><caption> Həmçinin oxuyun: Bakı Oyunları: Azərbaycan bütün ölkələrin xərclərini ödəyəcək</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2015/02/150224_guardian" platform="highweb"/></link>

İlk Avropa Oyunlarının Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsi qərara alınıb.

Söhbət çoxprofilli qitə idman yarışlarından gedir.

Asiyada qitə miqyaslı idman yarışları 1951-dən keçirilir.

Elə həmin ildən Pan-Amerika Oyunlarına da start verilmişdi.

Ümumilikdə, Azərbaycanda 12-28 iyunda keçiriləcək ilk Avropa Oyunlarında 50 Avropa ölkəsindən 6 000-ə yaxın idmançı yarışacaq.

Hansı idman növləri daxil edilib?

Bakıda, özündə 30 idman fənnini birləşdirən 20 idman növü üzrə yarışlar keçiriləcək.

Həmin idman növlərindən 16-ı Olimpiya proqramına daxildir, digər 4 idman növü - karate, 3x3 basketbol, çimərlik futbolu və sambo - bu format üçün yenilikdir.

Jüdo üzrə yarış Avropa Oyunlarında bu növ üzrə Avropa Birinciliyini əvəzləyəcək.

Jüdo üzrə Avropa Birinciliyi aprel ayında Glasgow şəhərində keçirilməli idi, lakin sponsorluq məsələsində mübahisə yarandığından Glasgow variantından imtina edildi.

Nəticədə Avropa Oyunları çərçivəsində Bakıda keçiriləcək jüdo yarışını eyni zamanda Avropa Birinciliyi də saymaq qərarına gəlindi.

Digər 15 idman növü siyahısına su idmanı, oxatma, yüngül atletika, badminton, voleybol, boks, kanoe, velosiped idmanı, qılıncoynatma, gimnastika, atıcılıq, stolüstü tennis, taekvondo, triatlon və güləş daxil edilib.

Sambo nədir?

Sambo silahsız hərbi döyüş sənətidir, keçmiş Sovet İttifaqında yaranıb.

Sambo sözü rus dilində "silahsız özünü-müdafiə" kəlməsinin qısadılmasıdır.

Bu idman növü Rusiyada 1920-ci illərdən Qızıl Orduda əsgərləri əlbəyaxa döyüşlərinə hazırlamaq məqsədilə inkişaf etdirilir.

İdman növü kimi sambo jüdo və güləşə yaxındır.

Rusiya, ənənəvi olaraq, bu idman növündə ən güclü ölkə sayılır.

Mükafatlar

Britaniyalı Jade Jones, taekvondo üzrə 2012-ci il olimpiya çempionu

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Britaniyalı Jade Jones, taekvondo üzrə 2012-ci il olimpiya çempionu

Avropa Oyunlarında 253 medal uğunda mübarizə aparılmaqla yanaşı, 12 idman növündə Rio Olimpiadasına vəsiqə qazanmaq da mümkün olacaq.

İdman növlərindən bəzilərində - triatlon, atıcılıq və stolüstü tennisdə birbaşa vəsiqə almaq mümkün olacaq, digərlərində isə, o cümlədən, güləş, oxatma və taekvandoda kvalifikasiya xalları veriləcək.

Britaniyalı Jade Jones, taekvondo üzrə 2012-ci il olimpiya çempionu və Avropa Oyunları səfiridir.

Onun üçün Olimpiadaya kvalifikasiya xalları qazanmaq imkanı böyük stimuldur.

"Sentyabrda Dünya Birinciliyi mənim əsas hədəfimdir. Lakin Avropa Oyunları da mənim üçün mühüm hadisə olacaq. Gızıl medala görə 40 kvalifikasiya xalı veriləcək, bunun üçün mübarizə aparmağa dəyər", idmançı BBC Sport-a bildirib.

Britaniya yığmasını kim təmsil edəcək?

Britaniya Bakıya 160-170 idmançıdan ibarət yığma komanda göndərəcək - bu, 2008-ci il Pekin Olimpiadasından sonra xaricə yollanan ən çoxsaylı ölkə yığması olacaq.

Onlar karate də daxil 14 idman növündə, 21 idman fənni üzrə yarışlarda iştirak edəcəklər.

Britaniya heyətinin üzvləri aprelin 23-də elan olunacaq.

Olimpiya çempionu boksçu Nicola Adams

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Olimpiya çempionu boksçu Nicola Adams

Gözlənildiyinə görə, yığmada Olimpiya çempionu boksçu Nicola Adams və London-2012 Olimpiadasının jüdo üzrə gümüş medalçısı Gemma Gibbons olacaqlar.

Yığmaya üzgüçülük və suya tullanma üzrə növlərdə perspektivli gənc idmançılar daxil ediləcək.

Eyni zamanda yığmada yüngül atletlər və velosipedçilər heç təmsil olunmayacaq.

Mark England, Bakı-2015 Oyunlarına yollanan İngiltərə milli yığmasının (Team GB) rəhbəri deyib: "Bakıda Olimpiya Oyunları kvalifikasiyası uğrunda mübarizə gedəcək. Bu səbəbdən iştirakçılar Olimpiya çempionları və iştirakçılarından daha yaxşı nəticə göstərməkdə maraqlı olacaqlar. Biz bütün idman növlərində birincilik uğrunda mübarizə aparmaq niyyətindəyik".

Azərbaycan: zəngin və ziddiyyətli ölkə

Xəzər dənizi sahillərində yerləşən Azərbaycan şimalda Rusiya, qərbdə Gürcüstan və Ermənistan, cənubda isə İranla qonşudur.

1991-cu ildə Sovet İttifaqından çıxandan sonra bu ölkə nefti və qazı hesabına varlanıb.

Yerli Təşkilat Komitəsi Oyunların infrastrukturuna milyardlarla pul xərcləyərək, o cümlədən, yeni 68 000 tamaşaçı tutumu olan idman stadionu, beynəlxalq standartlara cavab verıən su idmanı, gimnastika, velotrek və atıcılıq üzrə yarışların keçirilməsi üçün idman arenaları tikib.

Eyni zamanda Azərbaycan höküməti insan haqları sahəsində vəziyyətə görə tənqid edilməkdədir, dissindentləri susdurmaqda, seçkiləri saxtalaşdırmaqda və korrupsiyada ittiham olunur.

"Əlbəttə, biz bundan xəbərdarıq", cənab England bildirib.

O, davam edib: "Lakin missiyanın rəhbəri kimi mənim vəzifəm idmançıları ora aparmaq və nailiyyətlər əldə etmələri üçün mövcud mühitdə onlar üçün ən yaxşı şərait yaratmaqdan ibarətdir. Bakı Avropa Olimpiya Komitəsi tərəfindən seçilib. Biz digər 49 Avropa Olimpiya ölkəsilə yanaşı ora getmək imkanını dəstəkləyirik".