Avropa Oyunları: "tanımırdılar, indi uje slava boqu tanıyırlar"

Bakıda Avropa Oyunlarının rəsmi açılış mərasimindən əvvəl bəzi idman növləri üzrə yarışmalara artıq start verilib.

Tarixdə İlk Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan Bakıya gələn qonaqların bütün xərclərini öz üzərinə götürüb və oyunların yüksək səviyyədə keçəcəyini bildirir.

Hərçənd ki, yarışmalar tənqid də cəlb edib. Bəziləri tədbirə külli miqdarda pulun xərclənməsini sual altına alırlar.

Oyunlardan əvvəl insan haqları ilə bağlı iradların sayı da artıb.

Azərbaycan rəsmiləri tənqidlərin qərəzli olduğunu deyirlər. Bəs görəsən beynəlxalq yarışlar barədə paytaxt sakinləri nə düşünürlər. Bu sualla BBC müxbiri Günəl Səfərova Bakı sakinlərinə müraciət edib.