Avrasiya ittifaqı nədir və nəyə lazımdır

Şəklin mənbəyi, BBC World Service
- Müəllif, Dmitriy Bulin
- Vəzifə, BBC rus xidmətinin müxbiri
Cümə günü keçmiş Sovet məkanındakı inteqrasiya layihəsi olan Avrasiya iqtisadi icması fəaliyyətini dayandırıb. Yerini isə Rusiya hakimiyyəti tərəfindən təşviq edilən və Qərbdə ehtiyatla qarşılanılan Avrasiya İqtisadi İttifaq tutmalıdır.
Qərbin narahatlığını hələ Amerikanın dövlət katibi olarkən Hillari Klinton ifadə etmişdi. O, bu narahatlığını 2012-ci ildə Dublində jurnalistlərə müsahibə verərkən bildirmişdi.
“Bölgənin yenidən sovetləşdirilməsi tendensiyası müşahidə edilir. Əlbəttə, bu fərqli bir ad daşıyacaq. Onu Gömrük ittifaqı, Avrasiya ittifaqı adlandıracaqlar və eyni ruhda fəaliyyətini davam etdirəcək. Lakin gəlin özümüzü aldatmayaq. Biz bilirik bu prosesin məqsədi nədir və biz çalışırıq ki, onu yavaşıltmaq və qarşısını almaq üçün yollar tapaq,” Klinton bildirmişdi.
Rusiyada isə əksəriyyət ABŞ və Avropanın prosesə belə diqqətlə yanaşması haqqında ümumi fikrə malikdir. Aydındır ki, söhbət hansısa iqtisadi inteqrasiyadan gedir, lakin aydın deyil ki, konkret hansı.
Avrasiya iqtisadi birliyi nədir?
Rəsmi sənədlərdə birliyin qısaldılmış adı Aİİ olaraq keçir. İlkin mərhələdə isə sadəcə Avrasiya ittifaqı adlanırdı.
O zaman Rusiya tərəfi, yeni inteqrasiya institutu çərçivəsində siyasi əhəmiyyət daşıyacaq hansısa milli, Avrasiya təşkilatı yaratmaq haqqında tərəddüd edirdi.
Rusiyalı deputatlar belarus və qazax həmkarlarından eyni optimizmi görmədikləri üçün, layihıənin adında belə "iqtisadi" sözü keçir.
2015-ci il, yanvarın 1-dən fəaliyyətə başlayacaq yeni birliyin iştirakçıları Gömrük ittifaqının üzvü olan üç dövlətdir: Rusiya, Qazaxstan və Belorus. Gələcəkdə isə birliyə Ermənistan və Qırğızıstanın qoşulacağı planlaşdırırlır.
Aİİ-də əsaslı yenilik nədən ibarətdir?
Yaradıcılarının bildirdiyinə görə, Aİİ iqtisadi əməkdaşlığın yeni mərhələsidir.
MDB azad ticarət zonası (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna) iştirakçı dövlətlər arasında, bir neçə istisnalar olmaqla, azad ticarət təklif edirdi.
İnteqrasiyanın əvvəlki mərhələlərindən fərqli olaraq, Aİİ mümkün ən güclü iqtisadi inteqrasiya olan ümumi ticarət, pul və büdcə siyasəti yaratmaq məqsədi daşıyır.
Ləğv edilmiş Avrasiya iqtisadi birliyindən fərqli olaraq, Aİİ hüquqi qaydada qeydiyatdan keçəcək.
Avrasiya iqtisadi icmasının fəaliyyətində iştirak etmiş bəzi mütəxəssislər hüquqi bir təşkilatın olmaması ucbatından digər beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirilməsində yaranmış çətinliklərdən gileylənirdilər. Bu üzdən bir sıra sənədlərin imzalanmasında əngəllər ortaya çıxırdı.
İnteqrasiyanın real çətinlikləri nədən ibarətdir?
Təkcə əlehdarları deyil, Aİİ-in yaradılmasının tərəfdarları da elan edilmiş məqsədlərə nail olmaq istiqamətində bir sıra çətinliklərlə üzləşir. Avrasiya inkişaf bankı tərəfindən oktaybrın 9-da Moskvada keçirilmiş konfransda da əksəriyyət bu çətinlikləri müzakirə edirdi.
Rusiya, Belarus və Qazaxıstanda ən nəzərəçarpan çətinlik iqtisadi artımdakı ləngimədir. İqtisadçıların fikrincə, 2014-cü ildə ümumi daxili məhsul artımı sadəcə 0.3-0.5 faiz təşkil edəcək. Bu, durğunluğa bərabərdir.
Bu şərtlərlə ölkələr arasında tədavül də azalır. Rusiya prezidentinin sözçüsü Sergey Qlazyevin sözlərinə görə, son iki ildə Gömrük ittifaqı çərçivəsində ticarət faktiki olaraq durğunluğa uğrayıb.
Eyni zamanda keçən il ikitərəfli investisiyaların həcmində də azalma müşahidə edilib, mütəxəssislər deyir. Nəhayət, daha bir əhəmiyyətli faktor, yaradılmış ittifaqın bütün üzvləri üçün vacib ticarət müttəfiqi olan Ukraynadakı geosiyasi gərginlikdir.
Əlavə olaraq, Aİİ–a qoşulma ehtimalı olan ölkələrdəki ictimai rəy sorğuları əməkdaşlıq ideyasına dəstəyin azaldığını göstərir. Xüsusilə Qırğızıstanda son illər ərzində bu dəstək ciddi şəkildə azalıb. Buna baxmayaraq, aparılan ən son sorğulara görə, inteqrasiya tərəfdarlarının sayı sorğu iştirakçılarının təxminən yarısını təşkil edir.




