Rusiya parlamenti Avrasiya İttifaqı haqqında sazişi ratifikasiya edib

Şəklin mənbəyi, AFP
Cümə günü Dövlət Duması Rusiya, Belarus və Qazaxıstan arasında bağlanılan Avrasiya İqtisadi İttifaqı haqqında sazişi ratifikasiya edib.
Belarus və Qazaxıstan parlamentləri məsələyə 1 oktyabrdan sonra baxmalıdırlar, Dövlət Dumasının komitə rəhbəri Leonid Slutski bildirib.
Avqust ayının sonunda Qazaxıstan prezidenti demişdi ki, Rusiya Ukraynaya dair bundan sonra da eyni siyasətini davam etdirsə onun ölkəsi sazişdən çıxa bilər.
"Astana heç vaxt müstəqilliyinə təhlükə yaradan təşkilatın tərkibində ola bilməz", - Nursultan Nazarbayev deyib.
Sazişin ratifakisiyası onun iştirakçılarını vahid iqtisadi məkanda birləşdirəcək.
Hər üç ölkə artıq rüsümların ləğvi və üçüncü ölkələrlə ticarət şərtlərinin razılaşdırlmasını nəzərdə tutan Gömrük İttifaqının üzvüdür.
Ukraynanın Avrasiya İqtisadi İttifaqa üzvlük planlarının elanı ölkənin Avropa ilə yaxınlaşması tərəfdarlarının etirazına səbəb olaraq fevral ayında hakimiyyətin dəyişməsilə nəticələnib.
