Rusiya Qərbi Ukraynanı "işğal etmək" məqsədində ittiham edir

Sergey Lavrov

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Sergey Lavrov Kiyevdəki hökumətin şərq bölgələrindəki addımlarını “qanlı cinayət” adlandırıb.

Ukrayna böhranı ilə bağlı tərəflər arasında bəyanatlar mübadiləsinin kəskinləşdiyi şəraitdə Rusiya Qərbi Ukraynanı “işğal etmək" niyyətində suçlayıb.

Rusiyanın xarici işlər naziri Kiyev hökumətinin vəziyyəti nəzarət altına almağa yönələn addımlarını “qanlı cinayət” adlandırıb.

"Qərb... belə deyək də, Ukrayna xalqının maraqları deyil, öz geosiyasi ambisiyalarını rəhbər tutaraq Ukraynanı işğal etmək istəyir”, AFP agentliyində Sergey Lavrovdan iqtibas gətirilir.

Bundan öncə ABŞ dövlət katibi Rusiyanı Şərqi Ukraynadakı separatçıları dəstəkləməkdə ittiham edib.

Cümə axşamı çıxış edən John Kerry bildirib ki, Moskva Ukraynadakı vəziyyətin sabitləşdirilməsilə bağlı Cenevrədə əldə olunmuş razılaşma üzrə öz öhdəliklərini yerinə yetirmir.

Ukraynanın daxili işlər naziri Arsen Avakov ölkənin şərqində antiterror əməliyyatının davam etdirildiyini bildirib.

Cümə günü DİN Slovyansk şəhəri yaxınlığında rusiyapərəst silahlıların 3 buraxılış məntəqəsinin məhv edildiyini bildirib.

Bu arada Slovyansk şəhəri separtaçıların nəzarəti altında qalır.

Aniterror "əməliyyatı dayandırılmayıb"

“Bir çox KİV-lərin tələsik bildirdiyi kimi, ATO ( aniterror əməliyyatı – red.) əməliyyatları Rusiyanın hərbi müdaxiləsi təhlükəsilə bağlı dayandırılmayıb. Bu məlumat həqiqətə uyğun deyil. ATO davam edir”, - nazir Facebook vasitəsilə bildirib.

Qərb separatçıların arxasında Rusiya əsgərləinin durduğunu bildirir.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Qərb separatçıların arxasında Rusiya əsgərləinin durduğunu bildirir.

Avakovun sözlərinə görə əməliyyatın keçirilməsində mülki əhalini risk altına qoymamaq prinsipi rəhbər tutulur.

Antiterror əməliyyatını həyata keçirən Ukrayna Təhlükəsizlik Xidməti mülki əhali arasında itkilərin qarşısını almaq üçün Slovyanska hücum edilməyəcəyini bildirib, UNİAN xəbər verir.

Prezident Administrasiyası rəhbəri vəzifəsini icra edən Sergey Paşinski deyib ki, Slovyansk şəhərini qoşun hissələrilə bloklamaq qərarı qəbul edilib.

Ukrayna hüquq-mühafizə orqanlarına əsasən Şərqi Ukraynanın ən azı 7 şəhərində inzibati binalara rusiyapərəst qüvvələr tərəfindən zəbt olunub.

Kiyev binaları zəbt edənlər arxasında Rusiya hərbi kəşfiyyat əməkdaşlarının olduğunu deyib ki, buda Moskva tərəfindən inkar olunur.

Bu xəbərdən əvvəl Təhlükəsizlik Xidmətinin Antiterror Mərkəzi Kramatorsk şəhərinin hərbi aerodromunda Mi-8 helikopterinin partladığını bildirib.

Mərkəzin rəhbəri Vasili Krutova əsasən helikopter yanacaq bakından güllə ilə vurulduqdan sonra partlayıb.

Bununla yanaşı hüquq-mühafizəçiləri Odessa vilayyətindəki milis nəzarət-buraxılış məntəqəsində partlayışın baş verdiyini bildiriblər.

Hadisə nəticəsində bir milis əməkdaşı daxil olmaqla 7 adam xəsarət alıb.

Partalyışın səbəbləri barədə məlumat verilmir.