Kerry Moskvanı Ukraynadakı vəziyyəti gərginləşdirməkdə ittiham edib

Şəklin mənbəyi, AP
ABŞ Dövlət katibi John Kerry Rusiya hakimiyyətinin Ukraynanın şərqindəki gərginliyi artırmasına görə kəskin tənqid olunan bəyanatla çıxış edib. Kerry Moskvanı separatçıları maliyyələşdirməkdə və silahlandırmaqda və iğtişaşların təşkilində ittiham edib.
Amerika Dövlət Katibinin sözlərinə görə, Cenevrə razılaşmasından ötən bir həftədə Rusiya regionda vəziyyətin sabitləşməsi üçün heç bir addım atmayıb, razılaşmaların yerinə yetirilməsi məsələsində sözünü ancaq Ukrayna tutur.
Kerry Amerika kəşfiyyatının məlumatlarına əsasən deyib ki, Ukraynanın şərqində Rusiya agentlləri və hərbiçiləri fəaliyyət göstərir.
“Hamının gözü qarşısında Rusiya yaxşı silahlanmış separatçıları maliyyələşdirir, koordinasiya edir və dəstəkləyir”, o deyib. Kerry həmçinin vəziyyətin sabitləşməsi üçün ölçü götürməyəcəyi halda Vaşinqtonun məcburiyyət qarşısında Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcəyini xəbərdarlıq edib.
“İstiqaməti dəyişmək üçün pəncərə bağlanır. Prezident Putin və Rusiya seçim qarşısındadır. Əgər Rusiya vəziyyəti sabitləşməsi yolunu seçsə, dünya birliyi onu dəstəkləyəcək. Əgər o bunu etməsə, dünya Rusiya üçün ödənişin artmasının qeydinə qalacaq. Bu gün prezident Obama təsdiqlədiyi ki, biz hərəkət etməyə hazırı”, Kerry fikrini bitirib.
Vaşinqtonda jurnalistlər qarşısında bəyanatla çıxış edən John Kerry həmçinin Kremlin himayəsi altında olan kütləvi-informasiya vasitələrini prezident Vladimir Putinin “fantaziyalarını yaymaqda” ittiham edib.
“Bu ağlasığmazdır”
Amerika Dövlət Katibinin çıxışı çox sərt olub və Rusiya hakimiyyətinin və onun Ukraynadakı siyasətinin ünvanına heç də az olmayan kəskin bəyanatlardan ibarət olub.
“Bir həftə sonra(Ceverədəki görüşdən sonra)aydın oldu ki, yalnız bir tərəf sözünü tutur”, Kerry brifinqdə Ukrayna hakimiyyətinin Pasxa müddətində“anti-terror əməliyyatlarını” dayandırmaq haqda qərarını və ölkənin şərqində yaşayan sakinlərə əl uzatmasını nəzərdə tutaraq bəyan edib.
Dövlət Katibinin sözlərinə görə, Rusiya “düzgün istiqamətdə heç bir addım atmayıb.
“Heç bir Rusiya məmuru Ukrayna televiziyasının efirində açıq çıxış etməyib və separatçıları silahı təhvil vermək və tutulmuş binaların boşaltmaq haqda Cenevrə razılaşmasını yerinə yetirməyə çağırış etməyib”, Kerry deyib.
ABŞ Dövlət Departamentinin rəhbəri Rusiya prezidenti Putinin cümə axşamı Sankt-Peterburqda mediaforumda çıxışı zamanı interneti “Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi layihəsi” adlandırması ilə bağlı fikirlərinə münasibət bildirib.
“Rusiya liderləri özlərinin hərəkətlərinini əsaslandırmaq üçün daha çirkin bəyanatlar verirlər: İnternetin Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən dünyaya nəzarət etmək üçün kəşf olunduğunu və yaxud binaları ələ keçirən qüvvələrin tamamilə yeni hərbi formanı geyinməsi və amerika nizam-intizamına riayət edən və dişə qədər silahlı olanların qanuni hüquqlarını reallaşdırmaq cəhd edən sadəcə yerli sakin olması. Bu ağlasığmazdır, bunu təsvir etmək üçün başqa sözlər mövcud deyil”, o əlavə edib.
Daha öncə Rusiya Xarici İşlər Nazirliyi rəhbəri Sergey Lavrov bəyan edib ki, Kiyevdəki hakimiyyət Cenevrə razılaşmasını kobud şəkildə pozur və münaqişənin zəifləməsi üçün ilk addımlar atmalıdır.
Cümə günü Rusiya XİN-nin yaydığı bəyanatda deyilir ki, ABŞ Ukrayna hakimiyyətinə təsir etməlidir və Kiyevin ölkənin cənub-şərqində hərbi əməliyyatları dayandırmağa sövq etməlidir. В пучине кризиса
“Rusiya tərəfi yenidən Vaşinqtonu təkidlə öz nüfuzundan Kiyevin müvəqqəti hakimiyyətini ağıllandırmaq və Ukraynanı böhranın dibinə sürükləyən tələsik addımlardan çəkinməsinə təsir etmək üçün istifadəyə çağırır”, nazirliyin bəyanatında deyilir.
Moskvada həmçinin Vaşinqtonu “baş verənlərə görə bütün məsuliyyətin ölçüsünü anlamağa” ççağırıblar.
Slavyanskda əməliyyat: bu nə olub və necə bitib?
Prezident Outin Ukrayna hakimiyyəti tərəfindən ölkənin şərqində ordudan istifadənin “nəticələri А президент Путин предупредил, что использование украинскими властями армии на востоке Украины "nəticələri olacağı” barədə xəbərdarlıq edib.
“Əgər doğurdan da Kiyevdəki indiki rejim ölkə daxilində ordunu tətbiq edirsə, bu xalqa qarşı çox ciddi cinayətdir”, Putin cümə axşamı Sankt-Peterburqda Slavyanskdakı atışmanı şərh edərkən deyib.
Cümə axşamı Rusiya müdafiə naziri Sergey Şayqu Ukraynanın cənub-şərqində vəziyyətin kəskinləşməsini səbəb gətirərək sərhəd yaxınlığında hərbi təlimlərin başlaması haqda elan verib.
NATO-nun məlumatına görə, Ukrayna ilə sərhəd rayonlarında ən azı 40 min rus hərbiçiləri yerləşib.
Ukrayna prezidentinin vəzifələrini icra edən Oleksandr Turçinov deyib ki, Rusiyanın dəstəyi ilə “terroristlər demək olar ki, bütün Donetsk regionunu girov götürüb”.
“Donetsk regionun demək olar ki, tamamilə girov götürən terroristlər çoxdan insanlıq sərhəddini aşıb. Silahlı cinayətkarlar inzibati binaları ələ keçirir, insanları, xüsusən Ukrayna vətəndaşlı və xarici jurnalistləri girov götürür, Ukrayna vətənpərvərlərinə işgəncə verir və öldürürlər”, Turçionov cümə axşamı televiziya vasitəsilə xalqa müraciətində deyib.
Rusiyameylli qüvvələrin ölkənin şərq regionunda korrdinasiya olunmasında Rusiyanı ittiham edən Turçinov Ukraya hakimiyyəti tərəfindən antiterror əməliyyatlarının keçiriləcəyi barədə elan etməsindən sonra Moskva ölkənin şərqində nümayişkəranə şəkildə silahlı qüvvələri toplayır.
“Bizim ölkənin təhlükəsizliyinə qorxu yaradan ordu birləşmələrinin sayının artırılması və yerləşdirilməsi gedir”, Turçinov qeyd edib.
O bəyan edib ki, Ukrayna terror hücumu qarşısında geri çəkilməyəcək və Rusiyadan Ukraynanın daxili işlərinə qarışmamağı və hərbi birləşmələri sərhəddən geri çəkməyi tələb. edib.




