Yanukoviç Kiyevə qayıdacağını vəd edib

Şəklin mənbəyi, Reuters
Devrilmiş Ukrayna prezidenti Viktor Yanukoviç Rusiyanın Rostov-na-Donu şəhərində keçirdiyi mətbuat konfransında yeni hökuməti “quldur rejimi” adlandırıb.
Özünü yeganə qanuni hakimiyyət adlandıran Viktor Yanukoviç deyib ki, yeni hökumətin may ayına təyin etdiyi seçkilər qeyri-legitimdir.
Viktor Yanukoviç və inzibati binalar zəbt edilərkən Xarkov, Donetsk və daha sonra Krımda olduğunu deyib.
O ilk fürsətdə Ukraynaya qayıdacağını bildirib.
“Mən nəinki legitim Prezident, həm də Ali Baş Komandan olaraq qalıram. Mən sağam və vəzifəmdən konstitusiya ilə təyin olunmuş şəkildə kənarlaşdırılmamışam”.
Devrilmiş Ukrayna lideri ölkənin “qaranlıq qüvvələr” tərəfindən vətəndaş müharibəsinə sürükləndiyini deyib.
"Bu adamlar ordunu Bandera bayraqları altına yığaraq vətəndaş müharibəsini başlamaq istəyirlər”, - Yanukoviç deyib.
Yanukoviç mətbuat konfransını jurnalistlərin suallarına cavab vermədən başa vurub.
Bu, Ukrayna liderinin ikinci mətbuat konfransıdır.
Bundan əvvəl o jurnalistlərlə fervralın 28-də görüşüb.




