Ukrayna: Krım növbəti qaynar nöqtəyə çevrilə bilərmi?

Rusiyapərəst fəallar Moskvadan kömək xahiş edir.

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Rusiyapərəst fəallar Moskvadan kömək xahiş edir.
    • Müəllif, Yaroslav Lukov
    • Vəzifə, BBC News

İnqilaba bürünmüş paytaxt Kiyevi tərk edən Ukraynanın artıq eks-prezidentinə çevrilmiş Viktor Yanukoviç özü üçün istehkam saydığı Krıma yollanıb.

Mətbuatda onun Qara dəniz vasitəsilə gəmi ilə Krımdan Rusiya ərazisinə keçəcəyi ehtimalı söylənilir.

Bununla bağlı əhalisinin əksəriyyətini etnik rusların təşkil etdiyi Krım müxtariyyətinin Ukraynanın növbəti qaynar nəqtəsinə çevriləcəyi ehtimalı ilə bağlı narahatlıqlar var.

Son günlərdə yarımadada rusiyapərəst siyasətçilərin və təşkilatların təşkil etdiyi yürüşlərdə Rusiyadan yarımadanı Ukraynada baş qaldıran “faşistlərdən” xilas etmək tələb olunub.

Belə bir narahatlıq mövcuddur ki, Ukraynada indiki böhran Moskvaya Krımın Rusiyaya qaytarılması iddiasını ciddi əsasda irəli sürməyə zəmin yarada bilər.

Rusiyalıların çoxu Krıma öz torpağı kimi baxır və əmindirlər ki yarımada Ukraynaya tarixi təsadüf nəticəsində nəsib olub.

Krım yarmadasını 1954-cü ildə Rusiyadan qoparıb Ukraynaya verən Sovet İttifqının o dövrdəki lideri, etnik ukraynalı olan Nikita Xruşşov olub.

Sovet erası başlayanadək Krım Rusiya çarlarının “istirahət zonası” kimi tanınıb.

Gözlənilməz müttəfiqlər

Lakin ilk baxışdan görünən qədər də Krımı birmənalı olaraq moskvapərəst ərazi saymaq səhv olardı.

Baxmayaraq ki, etnik rusiyalılar yarımadada çoxluq təşkil edir (58.5%), Krımda ukraynalıların (24.4%) və krım tatarlarının (12.1%) sayı da heç də az deyil.

Krım tatarları yarmadanın Rusiyanın nəzarətinə keçməsini əleyhinədirlər.

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Krım tatarları yarmadanın Rusiyanın nəzarətinə keçməsini əleyhinədirlər.

Krımın ayrılmasına qarşı olan sonuncu iki qrup gözlənilmədən müttəfiqlərə çevrilib.

Hər ikisinin Moskvaya etibar etməməsinin öz səbəbi var.

Etnik ukraynalılar Kiyevə sadiqdirlər və ölkənin parçalanmasını istəməzlər.

Tatarların tarixi yaddaşına isə 1944-cü ilin Stalin deportasiyası illərinin müsibəti həkk olunub.

Krımda yaşayan rusların, ukraynalıların və tatarların ümumi problemi isə korrupsiyadır.

Milliyətindən asılı olmayaraq müxtəlif peşə sahibləri, sıravi vətəndaşlar ümid edirlər ki, Kiyevdə qalib gəlmiş Avrointeqrasiya tərəfdarlarının yaratmaq istədiyi “xalq” höküməti korrupsiyanın kökünü kəsməyə şərait yaradacaq.

Digər tərəfdən onlar Aİ-nin korrupsiya ilə mübarizədə kömək göstərəcəyinə ümid edirlər.

Və nəhayət sonuncu amil Ukraynanın hərbi qüdrətidir.

Bohranda olsa belə Ukrayna, ərazisinə görə Avropanın ikinci böyük dövləti qalmaqdadır və kifayət qədər güclü silahlı qüvvələrə malikdir.

Şəklin mənbəyi, BBC World Service

Qərbin də Moskvaya etdiyi xəbərdaqlığı nəzərə almaqla, president Putin Krım uğrunda savaşa girişməyin bir fayda verəcəyi barədə təkrar-təkrar düşünməlidir.