Lavrov: Rusiyanın Ukrayna üzrə qarşılıqlı təklifləri var

putin_lavrov

Şəklin mənbəyi, RIA Novosti

Rusiya, Ukraynada dərin böhranı nəzərə alaraq, ölkədə vəziyyətin tənzimlənməsi üzrə ABŞ üçün qarşılıqlı təkliflər hazırlayıb, prezident Vladimir Putinlə görüş zamanı Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib.

Cümə günü əvvəlcə ABŞ və Rusiya prezidentlərinin gecəyarısı telefon söhbəti zamanı, sonra isə ABŞ dövlət katibi John Kerry tərəfindən irəli sürülən təkliflər Rusiyanı qane etməyib.

Lavrovun sözlərinə görə, sənəd XİN-i çox da qane etməyən konsepsiyalar ehtiva edir: “Hər şey guya Rusiya ilə Ukrayna arasında münaqişə mövcud olması məcrada ifadə olunur”, - nazir bazar ertəsi Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı bəyan edib.

Nazir qeyd edib ki, Vaşinqton tərəfindən təklif olunmuş sülh planı hadisələrin artıq baş tutmuş məcrasında tərtib olunub, və Moskvaya, Lavrovun sözlərinə görə, Ukraynada “dövlət çevrilişi” ucbatında yaranmış situasiyaya əsaslanaraq irəliləməyi təklif ediblər.

ABŞ dövlət katibi Rusiyaya dəvət olunub, lakin o, səfərini təxirə salıb, çünki Vaşinqtonda “əlavə kağız”və bazar günü Rusiyaya göndərilib.

“Sözün açığı, bununla bağlı bizdə çoxlu sual yaranır”, - Lavrov deyib.

Çənbə günü John Kerry Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb və xəbərdar edib ki, Rusiyanın Krımı hər hansı ilhaq etmək cəhdi diplomatiya üçün qapını bağlayar.

Martın 10-da ABŞ prezidenti Barak Obama Krım böhranını Çin Xalq Respublikasının sədri Si Tzinpinlə müzakirə edib. Ağ Evin məlumatına görə, Çin və ABŞ liderlərinin suverenlik və ərazi bütövlüyü prinsiplərinə əməl edilməsinin vacibliyi məsələsində mövqeləri birdir.

Ukrayna xarici işlər nazirinin vəzifəsini icra edən Andrey Deşitsa bazar ertəsi bildirib ki, Ukrayna regionların muxtariyyətinin genişləndirilməsi və Ukraynada milli azlıqların hüquqlarının qorunması məsələlərini Avropa Şurası ilə və ATƏT-lə müzakirə etməyə hazırdır.