Kerry: Rusiyaya qarşı sanksiyalar genişləndirilə bilər

Şəklin mənbəyi, AP
ABŞ-ın dövlət katibi John Kerry Rusiyanın Ukraynaya qarşı təcavüz aktını pisləyib və xəbərdar edib ki, ABŞ-la onun partnyorları tərəfindən Rusiyaya dair daha sərt siyasət tətbiq edilə bilər.
Kiyevdə müvəqqəti hökumət nümayəndələri ilə görüşdən sonra çıxışı zamanı o, Rusiyanı Ukrayna ərazisinə qoşun yeritmək üçün bəhanə yaratmaq cəhdində ittiham edib.
“Biz Rusiya Federasiyasını bu təcavüz aktına görə pisləyirik. Fikrimcə, aydındır ki, Rusiya ona daha böyük ərazi tutmağa verəcək bəhanə yaratmaq üçün az səy göstərməyib”, - dövlət katibi deyib.
“Əgər Rusiya öz coşqunluğunu əksiltdib Ukrayna hökuməti ilə dialoqa başlamasa, bizim tərəfdaşların Rusiyanın siyasi, diplomatik və iqtisadi proseslərdən təcrid edilməsi üzrə gördüyümüz tədbirlərin genişləndirilməsi üçün bizə qoşulmaqdan başqa seçimi qalmayacaq. Biz bunz can atmırıq, lakin Rusiyanın hərəkətləri bizə başqa çıxış yolu qoymaya bilər”, - o bəyan edib.
Kerry bəyan edib ki, Ukraynada ciddi dəyişikliklər baş verir və ABŞ Ukrayna xalqını dəstəkləməyə hazırdır.
“Mənim üçün Ukraynada olmaq böyük şərəfdir. Məni silahsız, yalnız ideya, məslək və prinsiplərlə silahlanmış azadlığa, bərabərliyə, imkanlara can atan insanların gücü məni heyran etmişdi. Budur bu gün dünyanın bir çox hissələrində dəyişiklikləri hərəkətə gətirən. Bu, demokratiyanı qiymətləndirən insanların hamısına aiddir“, - ABŞ Dövlət Departamentinin başçısı qeyd edib.
ABŞ kömək edər
O, yeni hakimiyyəti yaranmış vəziyyətdə təmkinlilik göstərdiyi üçün tərifləyib. Dövlət katibi həmçinin vəd edib ki, ABŞ güclü demokratik dövlət quran, “bunun üçün onların həmvətənlərinın canından keçən” və buna layiq olan insanları dəstəkləyəcək.
Bu arada, Rusiya XİN-i bəyan edib ki, Rusiya Vaşinqtonun mümkün sanksiyalarına cavab verə bilər. “Cavab verməli olacağıq – və simmetrik olması vacib deyil. Vaşinqtonun düşünülməmiş və məsuliyyətsiz hərəkətləri ilə törədilmiş belə situasiyalarda həmişə olduğu kimi, bir daha qeyd edirik: bu bizim seçimimiz deyil”, - Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviçin nazirliyin saytında yerləşdirilmiş məlumatında deyilir.




