Putin hələlik Ukraynaya qoşun göndərmir
Əsas məqamlar:
- Rusiya Prezidenti Vladimir Putin deyib ki, Ukraynaya Rusiya qoşunları göndərməyə ehtiyac yoxdur, amma gücdən istifadə son çarə olaraq qalır.
- Cəbab Putin deyib ki, Ukraynanın rusdilli ərazilərində qanunsuzluq olarsa, Rusiyan oraya qoşun göndərmək haqqını özündə saxlayır.
- Rusiya lideri deyib ki, devrilmiş prezident Viktor Yanukoviç Ukraynanın legitim lideri olaraq qalır.
- Ukraynanın müvəqqəti hökuməti deyir ki, Krım boyunca 16 min Rusiya əsgəri yerləşdirilib.
- ABŞ Prezidenti Barak Obamanın sözlərinə görə, Rusiya "tarixin yanlış tərəfindədir" və Ukraynanın suverenliyini pozduğu üçün getdikcə artan təcridlə üzləşir.
21:03: Maskalı, Rusiya tərəfdarı olan əsgərlər Krımın cənubundakı Perevalnoye piyada bazasında keşik çəkir.

Şəklin mənbəyi, Reuters
19:57: Rusiya XIN başçısı Sergey Lavrov deyib ki, Moskva əleyhinə sanksiyalar təhlükəsi əks-təsir göstərir.
19:43: Ukrayna və Rusiya arasında yüksək səviyyəli təmaslar başlanıb, Ukraynanın müvəqqəti baş naziri Arseniy Yatsenyuk deyib, Reuters xəbər verir. "Məsləhətləşmələr nazirlər səviyyəsində başlayıb", o jurnalistlərə deyib.
19:10: Avropa İttifaqı Ukraynaya Rusiyanın Qazprom şirkətinə borclu olduğu 2 milyard dolları ödəməkdə yardım edə bilər, AFP Aİ Enerji Komissarl Guenther Oettinger-dən sitat gətirir. Bu, Avropa Komissiyasının Ukraynaya ayırdığı yardım paketinin bir hissəsi olacaq. Bundan əvvəl Qazprom aprel ayından başlayaraq, Ukraynaya qazın qiymətlərində etdiyi güzəştləri ləğv etmək qərarı verib.
19:07: Sərhəd xidməti rəsmisi Pavel Şişurin jurnalistlərə Kerç boğazının "şimaldan və cənubdan" blokadaya alındığını deyib, Reuters xəbər verir.
18:55: ABŞ Dövlət Katibi Kiyevdə anti-hökumət nümayişlərində öldürülənlərin xatirəsinə yaradılmış məbəddə, izdiham qarşısında çıxış edib: "Biz sizə kömək edəcəyik. Biz sizə kömək edirik. Prezident Obama yeni yardımlar barədə düşünür", o Maydanda bəyan edib.

Şəklin mənbəyi, Getty
18:00: Xarkovda Rusiyanı dəstəkləyən kiçik nümayiş keçirilib. Nümayişi təşkil edən "Rusiya Şərqi uğrunda" qrupun lideri deyib ki, nümayiş Putinin sözlərinə dəstək reaksiyasıdır: "Biz Xarkovda Rusiya qoşunlarına ehtiyac görmürük, amma bizə faşist hücumu təhlükəsi keçib getməyib. Əgər onlar hücuç edərsə, biz Kiyevdəki hakimiyyətin yox, Rusiya qoşunlarının bizi qoruyacağına inanırıq".
17:39: Rusiya NATO nümayəndələrilə görüşərək Ukraynadakı böhranı müzakirə etməyə razılaşıb, İtaliya Xarici İşlər naziri Federica Mogherini deyir, Reuters xəbər verir. Görüş sabah baş tutmalıdır.
16:00: Krımda heç bir güllə atmadan nəzarət ələ alanlar, çox güman ki, Rusiyanın xüsusi xidmət işçiləri, hava qüvvələri və Spetsnaz komandirləridir, Londonda mənzillənən hərbi ekspertlər AFP agentliyinə deyib. Birləşmiş Xidmətlər Kral İnstitutundan ekspert İqor Sutyagin deyib ki, Krımda nişansız formalar geyən əsgərlər elit diviziyalara məxsus geyimdədirlər.

Şəklin mənbəyi, AP
15:57: Britaniya Xarici İşlər naziri William Hague millət vəkillərini Ukrayna ətrafında vəziyyət və ona Britaniyanın cavabı barədə məlumatlandıracaq, BBC xəbər verir.
15:52: BBC müxbiri Steven Rosenberg Moskvadan xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransı zamanı ölkəsinin Ukraynadakı hərəkətlərini "humanitar missiya" adlandırıb.
Putinin mətbuat konfransında dediklərindən:

Şəklin mənbəyi, Reuters
15.12 "Yanukoviçin siyasi gələcəyi yoxdur" və "mən bunu ona demişəm", Putin deyib.
15.08 "Belə bir fikir var ki, Kiyevdə nümayişçilərə snayper atəşi açanlar müxalifət partiyalarından olan araqarışdıranlar olub. Yanukoviç məni əmin edib ki, nümayişçilərə atəş açmaq barədə əmr verməyib".
15. 05 Krımda güc göstərişi edən silahlı qrup "özünü müdafiə üçün yerli qüvvələr" olub, Rusiya əsgərləri deyil. (Reuters)
14.53 Rusiya Ukraynadakı rusları qorumaq üçün bütün vasitələrdən istifadə haqqını özündə saxlayır. (AP)
14.50 Ukraynada, xüsusilə Kiyevdə anti-semit və neo-nasistlər" cilovlanmaz" olduğundan insanlar narahatdır. Əgər onlar xahiş etsə, Rusiya onları qorumaq üçün "bütün əldə olan vasitələrdən istifadə etməyə hazırdır", lakin bu "fövqəladə hallar" üçündür.
10.47 Ukraynaya indi qoşun göndərməyə ehtiyac yoxdur, amma mümkünatı var.
14.44 Prezident Putin deyir ki, Ukrayna xalqı dəyişiklik istədi, lakin "qeyri-qanuni dəyişiklik" dəstəklənə bilməz. (Reuters)
14.42 Radikal dəyişiklik istəyən Kiyev Maydanındakı insanları anlayıram.
14.40 21 fevralda Yanukoviç müxalifətin bütün dediklərinə razı oldu, amma ona yenidən seçilmək üçün heç bir şans verilmədi.
Qaynar xəbər: Kiyevdə hadisələr konstitusiyaya əks çevriliş və hakimiyyətin silah gücünə zəbti idi, Rusiya prezidenti Putin mətbuat konfransında deyir.
14.35 Rusiya prezidenti Vladimir Putinin Ukrayna barədə mətbuat konfransı başlayır.
14.14 Apreldən Qazprom Ukraynaya endirimli qiymətlə qaz satışısını dayandıracaq, Qazprom rəhbəri Aleksey Miller bildirir. (Interfax)
14.04 Ukraynanın baş naziri Arseniy Yatsenyuk cümə axşamı Aİ liderləri ilə Brüsseldə görüşlər keçirəcək, Aİ prezidenti Herman Van Rompuyun sözlərinə əsasən AFP agentliyi yazır.
14.00Prezident Putin Ukrayna barədə açıqlama verəcək, BBC müxbiri Richard Galpin tvitləyib.
13.53 Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier Rusiyanın qərb və mərkəzi rayonlarda hərbi təlimləri dayandırması barədə məlumatı alqışlasa da, bildirib ki, hələlik bu məlumat rəsmi təsdiqini tapmayıb, Reuters yazır.
13.47 "Çətin, uzun və çox ciddi danışıqlarım oldu, amma demək olmaz ki, həll yolu gözləniləndir", Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier rus həmkarı ilə görüşdükdən sonra deyib.
Videoda: Rusiya tərəfdarı olan əsgərlər Krımda Ukrayna Hava Qüvvələri əsgərlərinə xəbərdarlıq atəşi açır. http://bbc.in/1dl5X1X
Ukrayna əsgərləri bu səhər zəbt olunmuş Belbek bazasındakı iş yerinə qayıdırlarmış. Ancaq onların bazaya daxil olmasına icazə verilməyib.
13.41 Devrilmiş prezident Viktor Yanukoviçin keçmiş müşaviri Hanna Herman Rusiyanın BMT-dəki səfirindən yardım edilməsi barədə məktubun əslini istəyib.
"Belə xahişin mövcudluğunu yoxlamaq lazımdır. İnana bilmirəm ki, cənab Yanukoviç xarici qoşunların öz ölkəsi və xalqına qarşı istifadə edilməsini istəyər". (İnterfaks Ukrayna İA)
13.30 Ukrayna böhranına hər hansı həll tapılmayıb, Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier rus həmkarı ilə görüşdükdən sonra deyib. (AFP)
12.59 Ukraynanın 90 faiz polis komandirləri prezident Yanukoviçə qarşı aksiyalar zamanı "özlərini gözdən saldıqları" üçün qovulub, daxili işlər naziri Arsen Avakov Facebook-da yazıb. (BBC Monitoring).
<bold>12.54 </bold>Krımda Rusiya və Ukrayna hərbçiləri arasında gərginliyi nümayiş etdirən fotolar yayılıb. Fotoları Time Moscow müxbiri <link type="page"><caption> Simon Şuster</caption><url href="https://twitter.com/shustry/media" platform="highweb"/></link> yayıb.

Şəklin mənbəyi, AFP
12.44 ABŞ Ukraynaya görə Rusiyaya sanksiyalar tətbiq edərsə, bu, Rusiyanın iqtisadi asılılığının azalmasıdır.
İqtisadi müşavir Sergey Glazyev deyib ki, sanksiyalar, həmçinin ABŞ iqtisadiyyatını "qəzaya uğradacaq".
"Biz nəinki ABŞ-dan asılılığımızı sıfra endirmək üçün çarə düşünəcəyik, hətta bu sanksiyalardan öz xeyrimizə istifadə edəcəyik".
Glazyev deyib ki, Rusiya indidən beynəlxalq alqı-satqıda dollardan istifadəni dayandıra bilər.
12.03 Putinin "Vahid Rusiya" partiyasından deputat Vyaçeslav Nikonov Moskvanın Krımdakı hərəkətlərinə bəraət qazandırıb. Onun BBC-ə dediyinə görə, Rusiya oraya Ukrayna ilə bağladığı anlaşmaya görə gedib.
"Rusiya orada 25 min qoşun saxlaya bilər, [amma] düşünmürəm ki, orada 15 mindən çox qoşun var".
11.48 Hələlik cənab Putinin on minlərlə qoşunun bazaya geri qayıtmaq əmri verməsinin Qərbin böhranı gərginləşdirməmək kimi çağırışlarına cavab olub-olmadığı bilinmir, AP agentliyi bildirir.
11.40 Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Sir Philip Craven bildirib ki, "qlobal siyasət siyasətçilərin işidir" və o, Soçidə gəlib. Krım Soçidən 473 km uzaqlıqdan yerləşir.
11.33 Krımda Simferopol yaxınlığında Perevalnoe kəndində Rusiya hərbçiləri ehtimal edilən şəxslər marş edir.
11.27 Belbek hava hərbi bazasına nəzarət edən Rusiya tərəfdarı olan hərbçilər göyə bir neçə dəfə atəş açıb.
Məqsəd, təxmini sayı 300 olan ukraynalı əsgərlərin vəzifələrini geri qaytarmaq istəyi olub, AP yazır.
Rusiya qoşunu xəbərdarlıq edib ki, ukraynalılar onlara qarşı marşa davam edərsə, silaha əl atacaqlar.
10.54 Aİ xarici siyasət üzrə nümayəndəsi Catherine Ashton Rusiyanın xarici işlər naziri Sergey Lavrovla cümə axşamı Madriddə görüşməlidir.
10.21 Qərbi Rusiyada hərbi təlimlər keçən Rusiya Ordusu bazalara qayıdacaq, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, manevrlər "uğurlu" olub. Rəsmi Moskva regiondakı qoşunlarının Ukrayna hadisələri ilə əlaqəsini təkzib edib, Reuters bildirir.
Cənab Peskov qeyd edib ki, prezident Putin Ukrayna sərhəddində hərbi təlimlər keçən qoşunların bazalarına geri qayıtması əmrini verib.
09.06 Hazırda Ukraynada saat 7-dir və Krımda Ukrayna hərbi bazalarına hər hansı hücum qeydə alınmayıb.
08.44 Ailəsi Krımda yaşayan Anton Şexovtsov BBC-ə bildirib ki, qohumları və dostları qorxu içindədir.
"Hamı müharibədən qorxur, hamı münaqişənin gərginləşməsindən qorxur", o bildirib.

Şəklin mənbəyi, AFP
08.15 Ukrayna Sərhəd Xidməti məlumat yayıb ki, Xarkov, Luhansk və Donetsk rayonları tərəfdən sərhədə "hərbi avtomobillər yığılır".
08.02 Krımda Ukrayna hərbçilərinin komandir müavini yerli mediaya bildirib ki, bazaya hücum cəhdləri olmayıb.
"Hamımızda ruh yüksəkliyi var, bazamızı qorumağa hazırıq. Rəsmi ultimatum verilməsə də, mobil telefon vasitəsilə deyilib. Mən sülh və stabillik və Ukraynanın bütov dövlət olmasını istəyirəm"
07.54 Ukrayna Paralimpiya Komitəsi, Rusiya qoşunlarını Ukraynadan çıxarmayacağı təqdirsə Soçi Paralimpiya Oyunlarını boykot etməyə hazırlaşır.
07.34 ABŞ Dövlət Katibi John Kerry səhər tezdən diplomatik həllər tapmaq üçün Kiyevə gedir.
Rusiya prezidenti Vladimir Putin son günlərdəki hadisələr barədə bəyanat verməsə də, ötən gün Qərbi və Mərkəzi rayonlarda hərbi təlimləri izləyib.




