Rusiyadan Krıma ultimatum: "Təslim olun!"
Privolnoye bazası yaxınlığında Rusiya hərbçiləri olduğu anlaşılan əsgərlərin yeri videoya çəkilib.
Rusiya Qara Dəniz qüvvələrinin nümayəndəsi İnferfaks agentliyinə Krımdakı Ukrayna hərbçilərinə ultimatum verilməsi barədə informasiyanı təkzib edib.
"Bu, boş sözdür, o deyib, - Biz ukraynalı həmkarlarımıza qarşı hər hansı güc hərəkətlərinin ediləcəyi barədə ittihamları hər gün öyrəşmişik".
O qeyd edib ki, "Krımda onları qarşı-qarşıya gətirmək mümkün deyil".
Bu gün məlumat yayılıb ki, Rusiya Qara Dəniz qüvvələrinin komandanı Aleksandr Vitko Krımdakı Ukrayna hərbçilərinə çərşənbə axşamı, martın 4-ü yerli vaxtla saat 5-dək Krım hakimiyyətinə tabe olmalarına dair ultimatum təqdim edib.
Bu barədə məlumatı BBC Ukraynaca xidmətinə Ukrayna müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Vladislav Seleznyov təsdiqləyib.
"Mən bu ultimatumun verildiyini təsdiq edirəm. ...Mən Ukrayna donanmasının zabitlərilə danışmışam. vitse-admiral Aleksandr Vitko onların gəmisinin göyərtəsində olub və o bu ultimatumu verib", o deyib.
Cənab Vitko Ukrayna qüvvələri təslim olmazsa, Rusiya qoşunlarının "Krım boyunca" hücuma keçəcəklərini deyib.
Məlumata görə, o həmçinin iki hərbi gəmidən təslim olmalarını tələb edib və əks halda bazar ertəsi hücum olunacağını bildirib.
Rusiya bu gün Ukraynada vəziyyət ""normallaşana qədər" ölkənin maraqlarını və vətəndaşlarını qorumaq üçün qoşunlarını orada saxlayacağını bəyan edib.
Xarici İşlər naziri Sergey Lavrov deyib ki, Rusiya insan haqlarını "ultra-millətçi təhlükələrdən" qoruyur.
Rusiya Ukraynanın Krım regionu üzərində hərbi hakimiyyətini gücləndirib və Qərbin qoşunları çəkmək barədə tələblərinə baxmayaraq, region üzərində de fakto nəzarəti ələ alıb.
Minlərlə Rusiya qoşunu regiona yeridilib və yeni zirehli maşınların və gəmilərin gətirilməsinə dair məlumatlar var.
Ukrayna hərbi mdüaxilənin qarşısını almaq üçün hərbi səfərbərlik elan edib.
Krım əsas toqquşma məntəqəsi olsa da, Ukraynanın şərqində də nümayişlər keçirilir.
Rusiya bayraqları yelləyən 2000 adam Donetksdə regional hökumət binasının qarşısına toplaşaraq yeni Kiyevpərəst icra hakiminin seçilməsinə etiraz edib.
Daha sonra onlar devrilmiş prezident Viktor Yanukoviçin şəhəri olan Donetsktdəki binanın birinci mərtəbəsini tutublar.
Dünyanın 7 ən güclü ölkəsi Moskvanın "Ukraynanın suverenliyini pozmasını" pisləyib.
Ukraynada hərbi səfərbərlik elan olunub və beynəlxalq aləmdən dəstək istənilib.
Krımın Privolnoye regionundakı Ukrayna piyada bazasında Rusiya qoşunları və Ukrayna hökumət qüvvələri üz-üzə durur. 100-ə yaxın əsgər bazaya gətirilib və əraziyə keşik çəkir. Onların formalarında heç bir nişan olmasa da, əsgərlər Rusiya qoşunları olduqlarını və "öz vətəndaşlarını qorumaq üçün" bura gəldiklərini jurnalistlərə deyiblər.
Rusiya nömrələrini daşıyan 20 hərbi maşın yaxınlıqda yerləşdirilib, onların arasında qoşundaşıma maşınları, Jeep markalı və zirehli maşınlar var.
Privolnoye bazası Simferopoldan 20 kilometr cənubda və Yaltadan 50 kilometr şimalda yerləşir.
Həftəsonu Prezident Vladimir Putin Ukraynaya Rusiya qoşunları göndərmək üçün parlamentdən təsdiq alıb.