"Böyük Yeddilik" Rusiyanın hərbi hərəkətlərini pisləyir

Şəklin mənbəyi,
Rusiyanın "Böyük Səkkizlik" tərəfdaşları böhranı təhlükəli dərəcədə qızışdırmaqdan çəkindirmək üçün onun Ukraynada hərbi əməliyyatlarını qınayıb.
Dünyanın yeddi əsas sənaye gücü iyunda Soçidə keçiriləcək "Böyük Səkkizlik" sammitində iştiraklarının sual altında olduğunu qeyd edib.
Avropa İttifaqı isə, bu arada, Brüsseldə təcili görüş keçirməyi planlayır.
Xəbərdarlıqlar Rusiyanın Krım yarımadasında hərbi qüvvələrini gücləndirməkdə davam etməsindən sonra verilib.
Ukraynanın müvəqqəti höküməti Rusiyanı müharibə elan etməkdə günahlandırıb və hərbi səfərbərlik elan edib.
Lakin Rusiya prezidenti Vladimir Putin indiyə kimi Qərbin qoşunların geri çəkilməsi barədə çağırışların fikir verməyib.
O israr edir ki, Rusiyanın öz maraqlarını və Krım və ya Ukraynanın digər bölgələrində rusdilli vətəndaşları qorumalıdır.
Birləşmiş Millətlər Təşkilatının sədr müavini Jan Eliasson bazar günü Ukraynaya "hadisələrə yerində şahid olmaq üçün" gedib.
BMT-nin açıqlamasında deyilir ki, o sədr Ban Ki-moon-a "hadisənin gərginləşməsinin qarşısını almaq üçün BMT-nin atmalı olduğu növbəti addımlar" barədə məlumat verəcək.
İqtisadi təzyiq
"Böyük Yeddilik" isə Rusiyadan tələb edib ki, insan haqları və ya təhlükəsizlik barədə şübhələrini Ukrayna ilə danışıqlar masasında müzakirə etsin.
"Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq, ABŞ və Avropa ittifaqı Şurası və Avropa Komissiyası prezidentləri, birgə Rusiya Federasiyasının Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə aşkar zorakılığını pisləyirik", Ağ Evin bəyanatında deyilir.
"Böyük Səkkizliyin iyunda Soçidə planlaşdırılan görüşündə iştirakımızla bağlı hazırlıqları indilik dayandırırıq"
Böyük Yeddiliyin maliyyə nazirləri həmçinin, "Ukraynaya güclü maliyyə yardımı göstərməyə" hazır olduqlarını bildirib.
"Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya təcili iqtisadi problemlərini məsləhət və maliyyə yarıdmı göstərməyə hazırdır", açıqlamada deyilir.
Ukraynaya gələn iki il ərzində 35 mlyd dollar lazımdır.
Diplomatik yollar
Dünya liderləri vəziyyətdən çıxış yolu tapmaq üçün diplomatik yollar da axtarır.
Bazar günü NATO Brüsseldə fövqəladə görüş keçirib və Britaniyanın xarici işlər naziri William Hague Kiyevə, yeni hökümətlə danışıqlara gəlib.
Çərşənbə axşamı ABŞ Dövlət Katibi John Kerry Ukraynaya gələcək.
ABŞ prezidenti Barack Obama Rusiyanın hərəkətlərini beynəlxalq hüququn pozulması və sülh və təhlükəsizliyə hədə adlandırıb.
NATO "Krımda Rusiyanın hərbi əməliyyatlarını pisləyən" bəyanat yayıb.
Hərçənd ki, Ukrayna NATO üzvü olmadığından Ukraynaya kömək etmək kimi öhdəliyi yoxdur.
ABŞ Rusiyanın Krıma nəzarət etmək üçün regiona 6 min qoşun çıxardığını ehtimal edir.
Bazar günü bir neçə Ukrayna hərbi bazası Rus qoşunları tərəfindən mühasirəyə alınıb.
Ukrayna Hərbi Dəniz qüvvələrinin yenicə təyin edilmiş rəhbəri Krım vilayətinin rusiyapərəst rəhbərliyinə sadiqlik andı içib.
Admiral Denis Berezovski şənbə günü Rusiya Ordusu Ukrayna ərazisinə daxil olduqdan sonra Ukrayna Hərbi Dəniz qüvvələrinin komandanı təyin edilmişdi.
Müvəqqəti hökümət onun barəsində xəyanət maddəsilə cinayət işi başladıb.
Rəsmi Moskva Rusiya tərəfdarı olan prezident Viktor Yanukoviç devrildikdən sonra yeni höküməti tanımır.
Cənab Yanukoviç ötən noyabrda Aİ ilə assosiativ sazişi imzalamağa razı olmayıb və bu, ötən ay uzun müddətli mitinqlərdən sonra onun devrilməsinə səbəb olub.




