Yanukoviç: "Ukrayna uğrunda mübarizə aparacağam"

Viktor Yanukoviç Rusiyada keçirdiyi mətbuat konfransında "ölkəsi uğrunda" mübarizə aparacağını bildirib.

Ukraynanın sabiq prezidenti "devrildiyini" danıb və deyib ki, həyatına yaranmış təhlükəyə görə ölkəni tərk edib.

Viktor Yanukoviç

Şəklin mənbəyi, Reuters

Bundan əvvəl Krımın Simferopol və Sevastopol hava limanında üzərində hər hansı nişanə olmayan hərbi geyimlilər keşik çəkməyə başlayıblar.

BBC Azərbaycanca cümə günü baş verən hadisələrin xronoloji inkafını təqdim edir.

Hadisələr Bakı vaxtilə yayımlanır.

22:18: Ukraynanın ən böyük hava yolları şirkəti Ukraine International Airline deyir ki, Krım üzərində hava yolları silahlılar əsas aeroportu nəzarətə götürdükdən sonra bağlanıb, İnterfax xəbər verir. Şirkət deyir ki, Simferopol beynəlxalq aeroportuna uçuşlara icazə verilmir. Ancaq aeroport rəsmisi bildirib ki, Kiyevdən yalnız bir təyyarənin enməsi gecikib və digər təyyarələr Simferopola və oradan problemsiz uçub.

22:07: Azı 5 Rusiya İl-76 təyyarəsi Simferopol yaxınlığında Gvardskiy hərbi aeroportuna enib, Ukrainska Pravda internet qəzeti şahidlərə istinadla xəbər verir.

22:02: ABŞ qanunvericiləri deyir ki, Ukraynaya maliyyə və texniki yardımı təsdiqləyən qanunvericilik hazırlayırlar, Reuters reports.

20:23: Fransanın keçmiş prezidenti Nikola Sarkozy Avropanı Ukraynay, eləcə də Belarus, Gürcüstan və Rusiyaya yardım etməyə çağırıb. O həmçinin Qərbi Moskva ilə "faciəli toqquşma"dan çəkinməyə çağırıb, AFP xəbər verir.

20:20: Britaniya Baş Naziri David Cameron Rusiya prezidenti Putinə Ukrayna böhranını müzakirə etmək üçün zəng edib, BBC xəbər verir.

20:19: Rusiya XİN başçısı Sergey Lavrov deyir ki, Rusiyanın Ukraynanın suverenliyini pozmaq niyyəti yoxdur, Reuters ondan sitat verib.

20:11: Rusiya XİN başçısı Sergey Lavrov Ukrayna böhranını ABŞ Dövlət katibi John Kerry ilə müzakirə edib, Reuters xəbər verir.

20:03: Rusiya təyyarələri Krıma enir və zirehli hərbi personal daşıyan maşınlar Simferopola çatmaqdadır, Ukrainska Pravda xəbər verir

Viktor Yanukoviç mətbuat konfransında danışıb:

18.13 Viktor Yanukoviç bildirib ki, Krımda Rusiya hərbi müdaxiləsi barədə məlumatı yoxdur. "Bunlar şaiyədir. Bu barədə məlumatın yoxdur".

18.00 "Mən heç vaxt polisə "güllə at" deməmişəm", cənab Yanukoviç bildirib. Lakin polis özünü müdafiə etməlidir, o əlavə edib.

17.59 Rusiya hərəkətə keçməlidir və Putinin xasiyyətini bilən adam kimi, indiyə qədər onun niyə təmkin göstərdiyini və danışmadığından təəccüblənirəm.

Şəklin mənbəyi, Reuters

17.57 "Mən yeni qanunları tanımıram və heç vaxt tanımayacağam. Qanuni prezidentəm, və Konstitusiyaya görə, prezident sağdırsa, istefa verməyibsə, Parlament impiçment etməyibsə, prezidentlik qalır.

Parlamentdəki sirk deputatlara qarşı zorakılıqdır, onu impiçment adlandıra bilmərəm və tanımıram.

Mətbuat konfransında bir xarici və ukraynalı jurnalisti sual verməyə qoymayıblar".

17.53 Yanukoviç Timoşenko barədə suala cavab verib ki, onun gələcəyi barədə bilmir, yəni onun seçkilərdə iştirak eidb-etməyəcəyindən xəbərdar deyil.

"Məncə, buna ukraynalılar qərar verəcək".

17.47 "Maydana yardım edən Qərb və Amerikanın nümayəndələri Ukrayna xalqına görə məsuliyyət daşıyır".

17.45 "25 may seçkiləri qanunsuzdur və mən iştirak etməyəcəyəm. Bütün seçkilər qanuna uyğun keçirilməlidir".

17.40 "Rusiya vətənpərvərlərinin köməyi ilə Rusiyaya gedə bilmişəm. "Putinlə görüşməmişəm, Rusiyaya çatanda telefonla danışmışam. İmkan olanda görüşəcəyik, amma bilmirəm nə vaxt".

17.38 "Mənim və ailəmin təhlükəsizliyi təmin olunan kimi Ukraynaya qayıdacağam".

17.30 "Krımda baş verənlər Kiyevdəki banditizm və çevrilişə təbii cavab idi".

"Hakimiyyət kişik qrup tərəfindən ələ alınıb və krımlılar millətçiləri dinləməyəcək. Krımlıların özünü müdafiə qruplarını yaratması çox təbiidir. Onlar öz vətənlərini qoruyur, bu insanların təbii haqqıdır. Mən krımlılara deyirəm ki, münaqişəyə və qan-qadaya icazə verməyin".

"Ukraynanın legitim prezidenti kimi Krımın Ukrayna tərkibində muxtariyyət hüquqlarını saxlamasını istəyirəm".

17.29 Cənab Yanukoviç Ukraynanı tərk etməsindən danışıb. "Biz iki vertolyotla Kiyevdən Xarkova, oradan Donetsk, sonra Luqanska, daha sonra Krıma getdik".

17.20 "Mən Ukraynanın gələcəyi uğrunda mübarizə aparmağa davam edəcəyəm", o deyib ki, "qorxutma və terror vasitəsilə [Ukraynanı] zəbt edənlərə qarşı" mübarizə aparacaq.

Keçmiş prezident refendum keçirilməsi təklifini verib.

17. 17 O, Maydan hadisələrinə görə, Qərb qüvvələrini ittiham edib.

"Faşist xuliqanlar Ukraynada hakimiyyətə gəlib", cənab Yanukoviç bildirib.

17.12 Viktor Yanukoviç rus dilində bildirib ki, "məni heç kim devirməyib", mən öz həyatım və yaxınlarımın həyatına görə ölkəni tərk etməyə məcbur edilmişəm".

Bu, Yanukoviçin hadisələr qızışandan bəri ilk mətbuat konfransıdır.

Qaynar xəbər: Yuliya Timoşenko prezident seçkilərində iştirak edəcək, onun rəqibi Vitali Kliçko açıqlayıb.

Kliçkoya bu barədə Timoşenko özü deyib, Kiyevdə parlament binasında Kliçko jurnalistlərə bildirib.

BBC Rusca Xidmətindən Yuri Maloveryan deyir ki, sabiq prezident Ukrayna bayrağı altında mətbuat konfrası edəcək.

Nottinghamdan Nataly Stevens məktub yazıb. Anam və qardaşım Ukraynada Qara Dəniz yaxınlığındadır. Onlar dedikləri xəbərlərdə verilənlərdən fərqlidir. Onlar Krımda vəziyyətin ciddi olmasından xəbərdar deyil. Onlar deyir ki, hərbi qüvvələr sadəcə vəziyyəti "müşahidə edir". Yeni Ukrayna hökümətinin fəal olmaması və maaş və təqaüdlərin dondurulması xəbəri anlaşılmazlıq hissi yaradır. Ümumi xaos uzun müddət qalacaq və BMT-dən heç vaxt yardım gəlməyəcək.

16.37 Rusiyanın daxili işlər naziri Ukraynanı tərk etmiş keçmiş polis [Berkut] əməkdaşlarını Rusiya vilayətlərində işə dəvət edib. Onlar Rusiya vətəndaşlığına ərizə yaza bilərlər, məlumatda deyilir.

16.35 Krım parlamentinin rəsmilərindən biri Seyhiy Tsekov deyib ki, Simferopolda Parlament binasına ötən gün daxil olan silahlılar hələ də oradadır, BBC Monitorinq İnterfaks agentliyinə əsasən yazır.

"Onlar Krım deputatlarının dəvəti ilə gəlib və biz istəyənə qədər orada qalacaqlar", cənab Tsekov jurnalistlərə bildirib.

16.24 Krım aeroportları Ukrayna hüquq-mühafizə orqanları əməkdaşlarının nəzarətinə geri dönüb, Ukrayna Milli Müdafiə Şurasının katibi Andriy Parubiy deyir.

O, əlavə edib ki, aeroportlara daxil olmaq istəyən şəxslər indi aeroport ərazisindən kənarda barrikada qurub.

BBC müxbiri Richard Galpin paylaşır ki, jurnalistlər devrilmiş Ukrayna prezidenti Viktor Yanukoviçin mətbuat konfransının başlamasını gözləyir.

Birazdan devrilmiş prezident Viktor Yanukoviçin mətbuat konfransı keçirilməlidir.
Şəklin alt yazısı, Birazdan devrilmiş prezident Viktor Yanukoviçin mətbuat konfransı keçirilməlidir.

16.15 Ukrayna Milli Müdafiə Şurasının katibi Andrey Parubiy brifinqdə deyib ki, xarici xüsusi xidmət orqanları Krımdakı hadisələrə oxşar ssenariləri Ukraynanın digər ərazilərində də həyata keçirmək istəyib.

“Amma biz hadisələri Krımda lokallaşdırmışıq, düşünürəm ki, biz sürətlə təsirli addımlar ataraq vəziyyəti tamamilə ələ alacağıq”.

16.10 Ukrayna Sərhəd Xidməti Balaklava körfəzinin sərhəd hissəsinin Rusiya Qara Dəniz Donanması hərbçiləri tərəfindən mühasirəyə aldığını təsdiqləyib.

“Hərbçilər Rusiya Qara Dəniz Donanmasının 810-cu briqadasına aiddir. Onlar sahilə qədər bütün yolları tutub və hündürlüklərdə snayperçilər pusqudadır”, İnterfaks agentliyi bildirir.

15.56 "Cənub paytaxtında qırıcı təyyarələrin səsi eşidilir, DonInformBuro bildirir.

15.54 Viktor Yanukoviçi gətirən təyyarə Rusiyanın cənub şəhəri Rostov-Dona enib. Onu qırıcı təyyarə heyəti müşayiət edib.

Birazdan onun mətbuat konfransı keçiriləcək.

15.47 "Gözləmirəm ki, Moskva Yanukoviçin ekstradisiyası məsələsinə müsbət cavab verə", Bridget Kendall, Moskvadan BBC Siyasi müxbiri qeyd edir.

Sevastopol
Şəklin alt yazısı, Sevastopol aeroportuna girişi baryerlər və silahlı kişilər mühafizə edir

Onun sözlərinə görə, sabiq prezidentin mətbuat konfrasının keçirilməsi və Rusiyanın ona toxunulmazlıq verməsi kimi xəbərlərdən məlum olur ki, Moskvanın ona simpatiyası var.

J, Ukraine email göndərib. Biz, Sevastopol əhalisi başverənlərdən ÇOX narahatıq. Burada belə biz silahlıların kimin tərəfində olduğunu bilmirik. Ümumi məsələ budur ki, əgər onlar Rusiyanı dəstəkləyirsə, onda gələcəyə ümid var, çünki heç kim Beynəlxalq alyuta Fondunun istədiyi kimi qənaət etmək istəmir. Maaşlar hazırki ucuzluq dövründə kommunal ödənişləri etməyə güclə çatır. BVF-nun istədiyi olarsa, xalq çörək ala bilməyəcək, bu qədər sadə.

Yox, əgər onlar Ukraynanı dəstəkləyirsə, onda ümumi əhval-ruhiyyə Kiyevə tabe olmaq və "yeniləkməkdir".

Oleh, Kiev yazır; Əhali barədə araşdırma son dəfə 2001-ci ildə aparılmasına rəğmən niyə hamı deyir ki, Krımda xalqın çoxu etnik rusdur? Etnik rusların sayı tatarlarının mühacirətdən qayıtması və ukraynalıların Krıma köçməsi ilə azalmaqdadır.

15.36 Qalmaqallarla yadda qalan Rusiya siyasətçisi Vladimir Jininovski Simferopol hava limanına gəlib, Ukrainska Pravda saytının bloqçusu yazır. O aeroportu motosikl konvoyu ilə tərk edib, bloqçu Aleksiy Qonçarenko bildirib.

15.34 Bu dəqiqələrdə Ukrayna baş prokuroru açıqlayıb ki, "əgər devrilmiş prezident Viktor Yanukoviç oradadırsa, Rusiyadan onun ekstradisiyasını istəyəcəyik.

K, Ukraine email yazıb ki, Sevastopolda sakinləri indi ÇOX narahatdır. Minlərlə insanın həyatı artıq özlərindən asılı deyil.

15.27 Balaklava körfəzinin sahilindən bircə Rusiya gəmisini görürük. Görüntünü izləyən az sayda yerlilər deyir ki, bu, tamamilə normaldır, BBC müxbiri Eleanor Montague paylaşır.

15.11 Indicə içi dolu 10 Rusiya hərbi yük maşını üzü Sevastopoldan Simferopola gedir, Daniel Sandford paylaşır.

15.03 Ukrayna mediası naməlum mənbələrə əsasən yazır ki, Rusiyadan Sevastopola 8 Rusiya hərbi vertolyotu enib.

"Görün, Balaklava körfəzində kim gizlənib- Rusiya freqatı! Blokada?", BBC müxbiri Christian Fraser yazır.

Onun sözlərinə görə, gəmidə Rusiya Qara Dəniz Donanmasının bayrağı dalğalanır.

"Görün, Balaklava körfəzində kim gizlənib- Rusiya freqatı! Blokada?", BBC müxbiri Christian Fraser yazır.
Şəklin alt yazısı, "Görün, Balaklava körfəzində kim gizlənib- Rusiya freqatı! Blokada?", BBC müxbiri Christian Fraser yazır.

Qaynar xəbər: Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov Hərbi Qüvvələrin rəhbəri Admiral Yuriy İlyini istefaya göndərib.

Cənab İlyini sabiq prezident Yanukoviç fevral ayında bu vəzifəyə təyib etmişdi. BBC Monitorinq yazır ki, cümə axşamı o xəstəxanaya ürəkkeçməsi ilə çatdırılıb.

Sevastopol ətrafında nişanələrə malik olmayan xeyli hərbi yük maşını var, Alan Cullison, Moskvada The Wall Street Journal müxbiri.

Aleksey Yaroşevski, Rusiya Today müxbiri Twitterdə yazır: Kiyev Maydanında insanların ABŞ və Britaniya hərbi formalarını geyindiyini gördüm, düşünmədim ki, bu müdaxilədir. Krımlılar Rusiya hərbi forması deyil, sadə forma geyinir,

14.18 Bridget Kendall, Moskvada BBC Siyasi müxbirinin qeydləri.

Krımda siyasi hadisələrə və silahlı qüvvələrin mövcudluğuna çox diqqət var. Bilirik ki, Rusiya deputatları Krıma gələrək sıx məsləhətləşmələr aparıb. Rusiya Parlamentində bəziləri deyir ki, Krım xalqının Rusiya vətəndaşlığı almasını asanlaşdıran qanun dəyişikliyi edilməlidir.

Bütün bunlar hələlik müzakirə olsa da, ümumi əhval-ruhiyyəni bildirir və belə sual yaranır ki, baş verənlərin arxasında Rusiya höküməti dururmu?- xüsusilə ona görə ki, sabiq prezident Viktor Yanukoviç Rusiyada sığınacaq alıb.

Hazırda keşikçəkmə daha aşkar aparılır, BBC müxbiri Daniel Sandford tvitləyir.

14.11 Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov Rusiyanı böhranı kəskinləşdirməkdə ittiham edib.

“Təəssüf ki... Rusiya Federasiyasının hərbi qüvvələri bu münaqişəni birbaşa qızışdırır və... Ukrayna ilə razılaşdırmadan Krım Muxtar Respublikası ətrafında silahla gəzir”, Turçinov Kiyevdə Parlamentdə deyib.

13.39 Christian Fraser, BBC News üçün Sevastopoldan, Sevastopol hava limanına gedən əsas yolu bağlayanlarla hələki heç bir əlaqə qura bilməmişik, lakin uzaqdan baxanda bu yarım-hərbi qrupun çox güclü silahlarına malik olmasından görünür ki, onlar heç bir suala cavab vermək niyyətində deyil.

Sevastopol beynəlxalq hava limanı olsa da, bir neçə il əvvəl oraday mülki uçuşlar dayandırılıb və Ukrayna müdafiə nazirliyinin balansına keçib. Uzun müddət Ukraynanın hava qüvvələri Mig 29-un məkanı olub.

13.27 Rusiya parlamentində "Sadəcə Rusiya" partiyasından deputat yeni ərazilərin Rusiyaya birləşməsi üçün asanlaşdırıcı qanun layihəsini qəbul etmək niyyətini açıqlayıb, Rusiya dövlət televiziyası bildirib. (BBC Monitorinq)

Ukrayna daxili işlər naziri krım hava limanının Rusiya tərəfindən "silahlə zəbt edildiyini" deyir, Rusiya Qara Dəniz Donanması bu məsələyə aidiyyatı olmadığını qeyd edib. (Mark Lowen Ukraynadan BBC News üçün)

13.18 BBC Monitorinq Ukraynanın İnterfaks agentliyinə istinad edir ki, Krımın yeni təyin edilmiş baş naziri sakinlərin salamat olduğunu bildirib.

Serhiy Aksyonov deyir ki, Krımda vəziyyətə "o və Krım Ali Şurası rəhbəri Volodymyr Konstantynov tam nəzarət edir".

13.10 Aydındır ki, Krımda Rusiya Krımda güc göstərişi edir. Moskva göstərmək istəyir ki, burada onu dəstəkləyən çoxdur, BBC News müxbiri Mark Lowen Ukraynadan bildirir.

Rusiyanın Life News saytı şahidlərə istinadən məlumat verir ki, 300-ə yaxın silahlı Belbek hərbi hava limanına gedən yolu tutub, BBC müxbiri Kevin Bishop tvitləyib. Həmçinin Krımdan Ukraynaya gedən yollarda nəzarət məntəqələri yaradılıb.

Şəklin mənbəyi, Reuters

"Ən az gözlədiyim Ukrayna xarici işlər nazirinin Facebookda Rusiyanı müdaxilədə ittiham etməsidir", müxbir yazır.

13.07 Ukrayna höküməti BMT Təhlükəsizlik Şurasınə regionda vəziyyətə müşahidə etməyə çağırıb, Reuters bildirir.

13.07 Ukrayna TV kanalı Rusiya raket gəmisinin Sevastopolda Balaklava körfəzinin girişini blokladığını deyib, BBC Monitorinq yazır.

Balaklavada Ukrayna sərhəddinin yaxınlığında 20-ə yaxın Rusiya dəniz donanmasına aid gəmilər var.

12.53 Rusiya əsgərləri Belbek aeroportunun mühasirəsində iştirak etmir, Qara Dəniz Donanmasının mətbuat xidməti deyib, Rusiyanın Səsi radiosu tvitləyib

12.45 Belbek gecə növbəsinin rəhbəri Anatoli Reçenko deyib ki, orada 300-ə yaxın silahlı var, Ukraynanın Unian agentliyi bildirir. Reçenko düşünür ki, onlar "Rusiya hərbi xidmətçiləridir".

Aeroport hazırda bağlıdır və bütün uçuşlar ləğv edilib, cənab Reçenko bildirib.

12.43 Rusiya Qara Dəniz Donanmasının sözçüsü İnterfaks agentliyinə deyib ki, Donanma qüvvələri Belbek ərazisinə yerləşməyincə, Krımın bu yerində təhlükəsizlik sürətləndirilib.

12.31 Rusiya Qara Dəniz Donanması Sevastopol yaxınlığındakə hərbi areroportda heç bir zəbtemə aparmayıb.

12.28 Avstriya insan haqlarını pozulması və korrupsiya məsələlərində adı çəkilən 18 ukraynalının bank hesablarını dondurub, AFP məlumat yayıb. Hələlik adlar məlum deyil.

12.28 BBC müxbiri Daniel Sandford Simferopoldan xəbər verir ki, bu, köhnə hava limanı binasıdır. Silahlılar terminallarda deyil, nəzarət qülləsindədir. Onlar gecə yük maşınları ilə bura gəlib. Onlar üzərində nişanə olmayan yaşıl forma geyinib. Forma ballistik dəbilqə və bədən zirehindən ibarət olsa da, hamısı eyni deyil.

Onlar qəti olaraq Ukrayna hərbisinə aid deyil. Onlar ya Rusiyaya meylli milis, ya da Rusiya dəstələri ola bilər. Onlar kim olduqlarını demək istəmir, amma Rusiyaya meylli fəallar onlara kömək edir. Fəallar kameraları uzaqda saxlamağa çalışır.

Simferopol aeroportu

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Silahlılar Krımdakı Simferopol aeroportunda patrulluq edirlər

12.15 Silahlılarla birgə hava limanında keşik çəkənlər mənə dedi ki, silahlı insanlar dolu maşınlar dünən gecə 10-11 arası gəlib, Julia Smirnova, Die Welt müxbiri tvitləyir.

11.58 Julia Smirnova, Die Welt müxbiri: Sevastopol hava limanına gedən yol silahlılar tərəfindən mühasirədədir.

Krımda Rusiya Silahlı Qüvvələri Sevastopol hava limanını mühasirəyə alıb, Ukraynanın daxili işlər naziri deyir.

Nazir Arsen Avakov baş verənləri "silahlı qəsbkarlıq" adlandırıb.

Cümə səhəri silahlılar, həmçinin digər Krım hava limanını, Simferopolu da nəzarətə alıb.

Simferopol hava limanının sözçüsü İnterfaks Ukrayna agentliyinə bildirib ki, aeroport silahlıların keşik çəkməsinə rəğmən normal iş rejimindədir.

Bundan əvvəl, Rusiya və Ukrayna agentlikləri bildirib ki, üzərlərində hər hansı bilgi əlaməti olmayan əlliyə yaxın şəxs hava limanına daxil olaraq daxili reyslər terminalını əhatəyə alıb.

Lakin onların kim olduqları və nə üçün gəldikləri bəlli olmayıb.

Hadisə onlarla naməlum silahlının Krım Parlament binasını zəbt etməsindən bir gün sonra baş verib.

Həmin gün Krım Parlamenti 25 mayda muxtariyyət haqda referendum təyin edib.

Silahlı qrupa yardım etdiyini deyən Vladimir adlı şəxs Reuters agentliyinə deyib ki, onların haradan gəldiyini bilmədiyini vurğulayıb.

"Mən Krım Xalq Milisindənəm. Adi insanlarıq, könüllüyük", Vladimir bildirib.

"Hava limanına əmri yerinə yetirmək üçün gəlmişik. Təyyarələri gülərüzlə qarşılayacağıq- hava limanı normal işləyir", o sözünə davam edib.

Rusiya və Ukrayna arasında münasibətlər hazırda Rusiyada olan prezident Viktor Yanukoviç devrildikdən sonra gərginləşib.

Çəkişmələr əsasən, Ukraynanın yeganə etnik rus çoxluğuna malik Krımda özünü bəlli edib.