Simferopol aeroportuna hərbi formalı silahlılar keşik çəkir
Ukraynada gərginliyin artdığı bir məqamda paytaxt Simferopol Hava Limanında nişansız silahlar keşik çəkməyə başlayıb.
Hava limanından uçuşlar normal rejimdə həyata keçirilir.
Bundan öncə silahlıar Rusiya hərbi bazasının mənzilləndiyi Sevastopol aeroportunda peyda olublar.Hadisə onlarla naməlum silahlının Krım Parlament binasını zəbt etməsindən bir gün sonra baş verib.
Ukraynanın daxili işlər naziri Sevastopol aeroportuna rusiyalı hərbçilərin daxil olduğunu deyərək baş verənləri “hərbi müdaxilə” kimi dəyərləndirib.
"Bu müstəqil dövlət ərazisində qan tökülməsinə yönələn birbaşasa silahlı təxribatdır”, Avakov öz Facebook səhifəsində bildirib.