Krım yaxılığındakı Rusiya qoşunları yüksək hazırlıq vəziyyətinə gətirilib

Ukraynadakı böhran fonunda Rusiya qoşunları qəfil hərbi həyəcan siqnalı ilə hərəkətə gətirilib.

Vladimir Putinin əmrilə 6 gün ərzində Ukrayna ilə həmsərhəd bölgədə təlimlər keçiriləcək.

Rusiyanın müdafiə naziri bildirib ki, məqsəd qoşunun döyüşə hazırlığını yoxlamaqdır.

Ukrayna sərhədi yaxınlığındakı hərbi təlimlər Amerikanın sərt reaksiyasını doğurub.

ABŞ Dövlət Departamenti mümkün hərbi müdaxilənin “ağır səhv” olacağını deyib.