Yanukoviç Rusiyadan kömək istədi

Viktor Yanukoviç

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Viktor Yanukoviç beynəlxalq axtarışa verilib.

Ukrayna prezidenti vəzifəsindən devrilmiş Viktor Yanukoviç Rusiya hakimiyyətindən onun şəxsi təhlükəsizliyinin qorunması üçün yardım istəyib.

"Mənim və tərəfdarlımın ünvanına qisas hədələri səsləndirilir. Rusiya Federasiyası rəhbərliyindən şəxsi təhlükəsizliyimi ekstremistlərin hərəkətlərindən qorumasını istəmək məcburiyyətindəyəm", - Yanukoviçin Rusiya xəbər agentliklərinə daxil olmuş bəyanatında deyilir.

"Əvvəlki kimi özümü Ukrayna dövlətinin vətəndaşların azad iradəsilə seçilmiş qanuni rəhbəri hesab edirəm", - Yanukoviçin bəyanatında yazılıb.

Rusiya mediası rəsmilərə istinadən yazır ki, Yanukoviçin xahişinə Rusiya ərazisində əməl olunacaq.

Yanukoviçin harada olması məlum deyil və onun haqqında beynəlxalq axtarış elan olunub.

Rusiya prezidentinin mətbuat xidməti Yanukoviçin Rusiyadan kömək istədiyi barədə məlumatı şərh etməkdən imtina edib.

"Məlumata malik deyilik, Ukrayna ilə bağlı neç nəyi şərh etmirik", - Dmitri Peskov bildirib.

Bundan əvvəl Rusiya mediası onun Moskvada olmasının güman edildiyini yazıb.