Ukrayna Rusiyaya "hərbi aqresiya" barədə xəbərdarlıq edib

Şəklin mənbəyi, AFP

Ukraynanın aralıq Prezidenti Alekands Turçinov Rusiyaya Krımda hər hansı "hərbi aqresiya" haqqında xəbərdarlıq edib.

O deyib ki, Rusiyanın Qara Dəniz Donanmasının əsgərləri Sevastopoldakı hərbi-dəniz bazasından kənara getməməlidirlər.

Bu xəbərdarlıqdan əvvəl cümə axşamı Krımın Parlament və Nazirlər Şurasının binası naməlum silahlılar tərəfindən zəbt edilib.

Eyni zamanda Krım parlamenti deyib ki, özünüidarəetmədə daha çox səlahiyyət barədə referendum keçirmək istəyir.

Belə bir səsvermə paytaxt Kiyevdəki yeni qüvvələr üçün problem ola bilər, BBC-nin Krım paytaxtı Simferopoldakı müxbiri Mark Lowen deyir.

Baş nazir Arseniy Yatsenyuk BBC-ə deyib: "Rusiyalı partnyorlarımızdan xaniş edirik ki, ... öhdəliklərini yerinə yetirsinlər. Biz inanırıq ki, Rusiya heç vaxt Ukraynanın daxili işlərinə qarışmayacaq və Ukraynanı böləcək addımlardan çəkinəcək.

"Ukraynanın bir və birləşmiş ölkə olmasına israrlıyıq. Ukraynada separatçılığı dəstəkləyənləri bütün qanun və konstitusiya yolları ilə cəzalandıracağıq", o əlavə edib.

Cümə axşamı günorta saatlarında keçirilən səsvermə nəticəsində cənab Yatsenyuk rəsmən Baş nazir vəzifəsinə təyin olunub.

Həmin gün səhər naməlum silahlı kişilər Krım parlamentinə daxil olaraq damına Rusiya bayraqı yüksəldiblər.

Onları bir sıra rusiyapərəst nümayişçiləri alqışlayıb. "Biz 20 ildir ki, bu anı gözləmişik", etiraz lideri deyib. "Biz birləşmiş Rusiya istəyirik".

Silahlıların hələ də binada olduğu güman edilir, amma onların hər hansı bəyanat və ya tələb etməsi hələ bilinmir.

AP xəbər verir ki, onlar "Krım Rusiyadır" şüarlı lövhə qoyublar və jurnalistin sualına cavab olaraq əl qumbarası atıblar.

Qərb liderləri Moskva və Krım fəallarını gərginlikləri daha da sərtləşdirməməyə çağırıblar.