Medvedev Krım sakinlərinə maliyyə yardımı vəd edir

russian military crimea

Şəklin mənbəyi, AFP

Rusiya hökumət başçısı Dmitri Medvedev bazar ertəsi maliyyə naziri Anton Siluanova Krıma maliyyə yardımı göstərmək üzrə təkliflər işləyib hazırlamağı tapşırıb. Nazirlikdə tapşırığı günün sonunadək yerinə yetirməyi vəd ediblər.

Eyni zamanda baş nazir xatırladıb ki, Ukrayna ilə sazişlər arasında iltizam xarakterli hələ ki qüvvədə olan razılaşmalar var.

“Ukrayna bizim üçün mühüm iqtisadi-ticarət tərəfdaş olmaqda qalır və qalacaq. Biz vəziyyətin necə inkişaf etdiyini diqqətlə izləyirik. Lakin iltizam xarakterli qərarlarımız, məsələn, ötən il dekabrda imzalanmış sənədlər vardır. Onları heç kim dəyişməyib, heç kim ləğv etməyib”, - Medvedev deyib.

Söhbət Kerç boğazı üzərindən nəqliyyat dəhlizinin tikintisindən gedir, Medvedev izah edib.

Rusiyanın hökumət başçısı Kerç boğazı üzərindən körpü tikintisi layihəsinin yerinə yetirilməsinə dair hökumət sərəncamını imzaladığını bildirib.

Geosiyasi hesablamalar

sergey lavrov

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Lavrov Qərb tərəfdaşları Ukrayna ilə bağlı Rusiyanı sanksiyalarla təhdid etməməyə çağırıb

Eyni zamanda Rusiya XİN başçısı Sergey Lavrov BMT İnsan Haqları Şurasının iclasında insan haqlarının rejim dəyişmək üçün səbəb kimi istifadə olunmasına qarşı çıxış edib - istər Suriyada, istərsə də Ukraynada, – və geosiyasi hesablamaları bir yana qoymağa çağırıb.

“Təcrübə göstərir ki, mülki əhalini müdafiə etmək bəhanəsi ilə müdaxilə etmə, əslində rejimin dəyişməsi ilə başa çatır və əks nəticə verir”, - Lavrov deyib.

Nazirin sözlərinə görə, Rusiya silahlı qüvvələrinin Ukraynada istifadə edilməsinə gəldikdə, söhbət sırf “bizim vətəndaşların və həmvətənlərin müdafiəsindən, insanın ən əsas haqqı – yaşamaq haqqının müdafəsindən gedir”.

Lavrov həmçinin ümid etdiyini bildirib ki, Federasiya Şurasının Rusiya prezidenti Vladimir Putinə Ukraynada ictimai-siyasi vəziyyət normallaşanadək silahlı qüvvələrin cəlb edilməsinə razılıq verməsi Ukrayna radikallarını ayıldar.

Daha əvvəl dünyanın 7 aparıcı dövləti Ukrayna ərazisinə Rusiya qoşunlarının yeridilməsini pisləyib və cari ilin iyun ayında ”Böyük səkkizlər”in Soçidə planlaşdırılan sammitə hazırlığı dayandırıblar.