Ukrayna: sərhədçilər Yanukoviçə ölkəni tərk etməyə imkan verməyiblər

Şəklin mənbəyi, UNIAN
Prezident Viktor Yanukoviçin çarter reysi ilə Donetsk şəhərini tərk etmək cəhdi uçuş sənədlərinin hazır olmaması səbəbindən baş tutmayıb.
Uçuşa yola düşən hər bir təyyarərinin bir qayda olaraq bucür sənədləri olmalıdır.
Müvafiq sənədlərə malik olmayan təyyarə Donetsk hava limanından uçmağa cəhd edib.
Ukrayna Dövlət sərhəd xidməti rəisinin köməkçisi Sergey Astaxovun sözlərinə görə, təyyarənin uçuşa buraxılması üçün naməlum silahlı şəxslər sərhədçilərə pul təklif ediblər, lakin sərhədçilər puldan imtina etdikdən sonra təyyardən Yanukoviç çıxaraq zirehli avtomobilə əyləşərək naməlum istiqamətdə aeroportu tərk edib.
Viktor Yanukoviçin harada qalması məlum deyil.
Qeyri-rəsmi məlumatlara əsasən, sabiq Baş nazir Nikolay Azarov Ukraynadan Rusiyaya gedib.
Bundan əvvəl is Ukrayna prezidenti Viktor Yanukoviç istefaya getməyəcəyini bildirmişdi.
"Dövlət çevrilişi cəhdi"
Ukrayna televiziyası efirində çıxış edən Yanukoviç ölkədə baş verən hadisələri "dövlət çevrilişi cəhdi" adlandırıb.
Yanukoviç vurğulayıb kı, qanlı hadisələrin qarşısını almaq üçün əlindən gələni etmək əzmindədir.
O, eləcədə beynəlxalq birliyi "radikalların hərəkətlərinə son qoymağı" çağıracağını qeyd edib.




