Merkel və Putin Ukraynanın ərazi bütövlüyünü dəstəkləyiblər

Merkel və Putin

Şəklin mənbəyi, AFP

Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin Ukraynada yaranmış vəziyyəti telefon danışığı zamanı müzakirə ediblər.

Hər iki lider Ukraynanın ərazi bütövlüyünün qorunmasının vacib məsələ olması ilə razılaşıblar.

Merkel və Putin eləcə də razılaşıblar kı ölkəyə təcili olaraq səmərəli qərarlar qəbul edə bilən işlək hökümət lazımdır.

Merkelin nümayəndəsi bildirib ki, hər iki lider həm siyasi, həm iqtisadi müstəvidə Ukraynada sabitliyin qorunmasında maraqlı olduqlarını vurğulayıblar.

Bu arada Avropa Komissiyası Ukrayna ilə Aİ arasında assosiasiya sazişi bağlamağa hazırdır, Kiyevdə yeni hökümət formalaşan kkimi.

A.Turçinov müvəqqəti prezident təyin olunub

Ukrayna parlamentinin spikeri Aleksandr Turçinov prezident səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilib.

Turçinovun namizədliyini Ali Radanın 282 deputatı dəstəkləyib.

Ali Rada, Tuçinov

Şəklin mənbəyi, UNIAN

Şəklin alt yazısı, Aleksand Turçinov müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edəcək.

Güman edildiyinə görə Turçinov dövlət başçısı səlahiyyətlərini Ukraynanın yeni prezidenti seçilənədək yerinə yetirəcək.

Ali Rada prezident seçkilərini bu ilin mayın 25-ə təyin edib.

Turçinov deputatlara yeni deputat çoxluğu fraksiyasının yaradılması məqsədilə dərhal məslətləşmələrə başlamağa və çərşənbə axşamı günü fevralın 25-dən gec olmayaraq hökümət formalaşdırmağı tapşırıb.

Ötən gün, qaldığı yeri naməlum olan Viktor Yanukoviç istefa vermədiyini və Ali Radanın son qərarlarının qanunsuz olduğunu bildirmişdi.