Bakı Qarabağda Ermənistan hərbçilərinin qaldığını, Yerevan qalmadığını deyir

Şəklin mənbəyi, Getty Images
Rəsmi Bakı cümə axşamı yaydığı açıqlamasında Azərbaycan ərazisində hələ də "Ermənistan həbçilərinin qaldığını" bildirib. Rəsmi Yerevan bir gün qabaq Qarabağda ordusunun olmadığını bəyan edb.
Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin bu açıqlamaları ötən bazar günü Qarabağda hər iki tərəfdən ümumilikdə 5 nəfərin həlak olmasına səbəb olmuş atışmadan sonra gəlir.
Azərbaycan qarşı tərəfi "Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə etməklə Ermənistandan Qarabağa "silah-sursat və şəxsi heyət daşımaqda" ittiham etmişdi. Rəsmi Yerevan bunu təkzib etmiş, həlak olan 3 şəxsin polis əməkdaşı olduğunu bildirmişdi.
Azərbaycan Xarici İşlər Nazirliyi martın 9-da yaydığı bəyanatda vurğulayb ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələrinin müşahidə kameraları vasitəsilə qeydə alınmış və Azərbaycan Müdafiə Nazirliyi tərəfindən nümayiş etdirilmiş video çəkilişdə "açıq-aşkar şəkildə erməni silahlı Bakı Qarabağda Ermənistan hərbçilərinin qaldığını, Yerevan qalmadığını deyirqüvvələrinin nəqliyyat vasitələrinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan növbəti dəfə hərbi məqsədlər üçün istifadə etməsi faktının Ermənistan tərəfindən təkzib olunması riyakarlıqdır".
Rəsmi Bakı bildirib ki, Ermənistan qüvvələrinin Qarabağdan çıxarılacağını bəyan etsə də, "bunun hələ də baş vermədiyi bəllidir" .
Azərbaycan XİN xatırladıb ki, 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinə əsasən, məhz bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur.

Şəklin mənbəyi, ARMENPRESS
Ermənistan Xarici İşlər Nazirliyi bir gün əvvəl bildirib ki, 2020-ci il dekabrın 12-dən etibarən Laçın dəhlizi ilə heç bir hərbi sursat və ya hərbi əhəmiyyətli yük daşınmayıb və bəyan edib ki, Ermənistanın "Dağlıq Qarabağda ordusu yoxdur".
Ermənistan Baş naziri Nikol Paşinyan cümə axşamı bildirib ki, Qarabağda son atışmada həlak olanlar yerli sakinlər olub. O deyib ki, silahlı hadisədə hədəf alınan polisin UAZ maşınının "Stepanakertdən (Xankəndi-red.) hadisə yerinə qədər marşrutu Dağlıq Qarabağ Daxili İşlər Nazirliyinin" video kameralarının obyektivinə düşüb. "Və həmin görüntülərdən aydın olur ki, polis maşınında sənədlərdən və tabel silahlarından başqa heç bir şey olmayıb", - Nikol Paşinyan deyib.
O, Azərbaycanı "Dağlıq Qarabağ nümayəndələri ilə danışıqları əngəlləmək və yeni hərbi təxribat üçün müvafiq fon yaratmaq"da ittiham edib, amma əlavə edib ki, "Dağlıq Qarabağ Xarici İşlər Nazirliyi Azərbaycanla danışıqları davam etdirməyə hazır olduğunu bildirib". Nikol Paşinyan bunu son dərəcə vacib bəyanat" kimi qiymətləndirərək deyib ki, "aramsız və institusional Bakı-Stepanakert danışıqlarının baş tutması üçün etibarlı beynəlxalq mexanizmlər yaradılmalıdır.
Martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda keçirilən X Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Qarabağ regionunda yaşayan ermənilərin həyatı "işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı" olacaq.
Azərbaycan və separatçı "Dağlıq Qarabağ" nümayəndələrinin görüşü ötən həftə Xocalıda baş tutmuşdu.






