Yerevanda etirazçılar: Azərbaycanda itirdiyimiz mülkə görə kompensasiya verilsin - video
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube kanalımızda izləyin.
Azərbaycanın nəzarəti altına keçən rayonlardan çıxmış erməni sakinləri cümə günü Yerevandakı Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçiriblər.
Onlar itirdikləri ev və əmlakı üçün kompensasiya tələb edirlər.
Bu insanlar birinci Qarabağ müharibəsindən sonra erməni qüvvələrin nəzarəti altında olan Laçın rayonunun bir hissəsi, Qubadlı və Zəngilan rayonları ərazısındə yaradılan və Kaşatağ adlandırılan rayonda yaşayıblar. İkinci Qarabağ müharibəsindən sonra rayonlar Azərbaycana qaytarılıb.
Qəzyan (Haykazyan) kənd icra başçısı Armen Çomoyan deyir ki, rayonun təxminən 3 min ailəsi öz mülkünü itirib və itkilərinin ödənilməsini istəyir.
Onların sözlərinə görə, bəzi kənd sakinlərinə kəndi tərk etmək haqqında xəbər gec verilib. Və bütün əmlakını qoyub, getməyə məcbur olublar.

Şəklin mənbəyi, a1plus.am
"Yerli icra orqanları bir neçə dəfə yardım göstərib, indi deyirlər ki, daha imkanları yoxdur,"- qaçqın qadınlardan biri jurnalistlərə gileylənib.
Onlar etiraf edirlər ki, Ermənistan hökuməti qaçqın ailələrinə adam başına 300 min dram (təxminən 590 dollar) ayırıb, lakin bununla yalnız bir müddət "gündəlik xərcləri - ev kirayəsi, kommunal xidmət və s. - ödəmək olar".
"Bizə yardım lazım deyil. Bizə ev versinlər, biz işləyib özümüzü dolandırarıq. Biz avara həyatı sürürük. Bu gün birinin, sabah başqasının evində nə qədər qalmaq olar? Biz ancaq itirdiyimizin ödənilməsini istəyirik", - etirazçılardan biri jurnalistlərə deyib.










