Azərbaycan: bu gün Xocalı qırğını anılır

Xocalı qırğını

Şəklin mənbəyi, Reza Deghati

Oxuma vaxtı: 2 dəq

Bu gün Azərbaycanda 34 il əvvəl Xocalıda törədilmiş kütləvi qırğının qurbanları yad edilir.

34 il öncə törədilmiş kütləvi qırğının ildönümü ilə bağlı ölkənin hər yerində, o cümlədən Xocalının özündə anım mərasimləri keçirilib.

Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı olub, Prezident İlham Əliyev də burda iştirak edib.

Xocalı

Şəklin mənbəyi, Azərtac

1992-ci ildə, Qarabağ müharibəsinin başlanmasının ilk illərində Xankəndi yaxınlığında yerləşən Xocalı sakinləri erməni və rus hərbçilərinin hücumları nəticəsində evlərindən çıxmağa məcbur qalıblar.

Fevralın 25-dən 26-na keçən gecə erməni və rus hərbçilərinin silahlı hücumu nəticəsində yüzlərlə qadın, kişi, uşaq öldürülüb, mindən çox adam əsir düşüb, indiyə kimi 150 adamın taleyi məlum deyil.

2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi birgünlük hərbi əməliyyatlar zamanı rəsmi Bakı Xocalı, o cümlədən Xankəndi və ətraf əraziləri öz nəzarəti altına alıb.

Azərbaycanın Xocalı hadisələrini "soyqırım" kimi qiymətləndirir.

Şəklin mənbəyi, Azərtac

Şəklin alt yazısı, Azərbaycanın Xocalı hadisələrini "soyqırım" kimi qiymətləndirir.

Azərbaycanın Xocalı hadisələrini "soyqırım" kimi qiymətləndirir.

Azərbaycan rəsmilərinin bildirdiyinə görə, Xocalı şəhərinin işğal edilməsi nəticəsində Azərbaycan vətəndaşlarına 170 milyon dollardan çox maddi zərər dəyib.

İkinci Qarabağ müharibəsindən sonra, 2020-ci ildə Azərbaycan ordusu Xocalının bəzi kəndlərini azad etsə də, şəhərin özünə nəzarəti bərpa edə bilməmişdi.

Ötən ilin sentyabrında Azərbaycanın keçirdiyi bir günlük hərbi əməliyyatlarından sonra Qarabağdakı separatçı qurum özünü buraxdı və Azərbaycan hökuməti Xankəndi, cümlədən Xocalıda nəzarətini bərpa etdi.