Azərbaycan erməni məhbusları Ermənistana təhvil verib

Videonun alt yazısı, Azərbaycan erməni məhbusları Ermənistana təhvil verib
Azərbaycan erməni məhbusları Ermənistana təhvil verib

Azərbaycanda saxlanılmış dörd erməni məhbus Ermənistana təhvil verilib, - Baş nazir Nikol Paşinyan yazıb.

Onların arasında Vaqif Xaçaturyan da var. O, Xocalının Meşəli kəndində azərbaycanlılara qarşı soyqırım törətməkdə ittiham olunub.

Bakıda keçirilən məhkəmədə Vaqif Xaçaturyan 15 il azadlıqdan məhrum edilmişdi.

O bu ittihamı qəbul etməyib, deyib ki, günahsızdır.