27 ildən sonra Ağdamda: “Getdim evimizə baxdım, binamız yerlə-yeksandır”
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube da izləyin
İşğal olunana qədər Ağdam şəhərində tikinti idarələrinin birinə rəhbərlik etmiş Arif Hacıyev 30 yaşında tərk elədiyi şəhəri 27 ildən sonra öz xatirələri ilə canlandırmağa çalışır.
Ağdam şəhəri və rayonun bir çox kəndləri 1993-cü ildə işğal edilib.
Noyabrın 20-də isə bura Azərbaycana geri qaytarılıb.
Azərbaycan hakimiyyəti bildirir ki, Ağdam rayonu minalanıb və noyabrın 20-dən sonra burada minadan təmizləmə işləri gedir.
Ağdam Sovet İttifaqı dövründə Azərbaycanın böyük şəhərlərdən və ticarət mərkəzlərindən biri hesab olunub. Azərbaycan hakimiyyəti şəhəri yenidən bərpa edəcəyini bildirib.






