Azərbaycanın Suriyada məktəb tikməsinə şərhlər: "Uşaqpulu verin"

Videonun alt yazısı, Bakının Suriyada məktəb tikməsinə şərhlər: "Uşaqpulu verin"
Azərbaycanın Suriyada məktəb tikməsinə şərhlər: "Uşaqpulu verin"

Azərbaycanın Serbiya və Suriyada tikinti üçün vəsait ayırması sosial mediada müzakirə yaradıb.

Azərbaycan növbəti iki ildə Serbiyada ümumi dəyəri təxminən 1 milyard 200 milyon manat olan elektrik stansiyası tikəcək.

Bu barədə Serbiya mediası parlamentin spikeri Ana Brnabiçə istinadla yazıb.

Suriyada isə məktəb tikiləcək. Qısa adı ICESCO olan İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Azərbaycan və Suriya təhsil nazirləri razılaşıblar ki, 2030-cu ilə kimi Suriyada 10-a yaxın məktəb tikilsin, 100-ə yaxın zədələnmiş məktəb isə əsaslı təmir edilsin.

Razılaşmaya əsasən, Azərbaycan təmir və tikinti işlərinə 30 milyon dollar və ya 51 milyon manat ayıracaq, Isesco-nun saytında qeyd olunub.