"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi? Bu sual bütün Xankəndinin qarşısındadır"
- Müəllif, Günel Səfərova, Səadət Akifqızı
- Vəzifə, BBC News Azərbaycanca
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube-dan izləyin.
Onlar üçün Dağlıq Qarabağı xatırlamaq qaysaqlamış yaraları qopartmaq kimidir.
Onların həmin yerlərdəki xoş xatirələri yada salması çox çəkmir, anidən məcburi köçkünlük, itirilmiş insanlar, illər çəkən həsrət bu xoş duyğuları əvəzləyir.
Onlar Dağlıq Qarabağın azərbaycanlı əhalisinin nümayəndələridir.
Azərbaycan və Ermənistan arasında ötən il başlamış və 44 gün davam etmiş müharibədən sonra onlar Dağlıq Qarabağa qayıdacaqlarmı?







