Eurovision Ukrayna: Rusiyanın iştirakı ilə bağlı mübahisələr

Şəklin mənbəyi, Channel One Russia/ EVN
Rusiya, Ukraynada baş tutacaq Eurovision 2017 müsabiqəsində iştirak edəcəyini açıqlayaraq, siyasi səbəblərdən boykot fərziyyələrinə son qoyub.
Yuliya Samoilova, ölkəsini may ayında Kiyevdə Flame is Burning (Alov Yanır) mahnısı ilə təmsil edəcək.
Krım 2014-cü ildə Rusiyaya ilhaq edildikdən sonra orada çıxış edən ifaçılar arasında Samoilova da var.
Ukraynanın SBU təhlükəsizlik xidməti 140 rusiyalı müğənninin adını qara siyahıya salsa da, onun adı siyahıda yoxdur.
27 yaşlı Samoilova 2015-ci ildə Krımda ifa etdiyini təsdiqləyib.
SBU-n sözçüsü Olena Gitlyanska Facebook-da yazıb ki, "məsələ araşdırılacaq və onun Ukraynaya girişi barəsində qərar veriləcək".

Şəklin mənbəyi, AFP
Kreml sözçüsü Dmitri Peskov TASS xəbər agentliyinə müsahibəsində, Samoilovanın Rusiya tərəfindən təxribat məqsədilə seçildiyi fikrini təkzib edib.
O deyib: "Şübhəsiz ki, biz, Eurovision mahnı müsabiqəsini siyasiləşdirmək istəmirik".
Rusiya Samoilovanın iştirakını, nominasiyalar bitməmişdən cəmi bir gün qabaq, bazar günü dövlət televiziyası vasitəsilə elan edib.
Rusiyalı millət vəkilləri və incəsənət nümayəndələri Eurovison-u boykota səsləyirdilər.
Ultra-mühafizəkar deputat Vitali Milonov, rusiyalıların "fanatiklərin əlində olan ölkədə yaxşı qarşılanmayacağını" deyib.

Şəklin mənbəyi, Reuters
Ukrayna müsabiqəyə, keçən il İsveçdə gözlənilməz qələbə qazanan Camala sayəsində ev sahibliyi edəcək.
Onun 1944 adlı mahnısı, İosif Stalin-in Krım tatarlarını İkindi Dünya Müharibəsi zamanı kütləvi deportasiya etməsi haqqında idi.
Krımdan əlavə, Ukrayna Moskvanı şərqi Donbas ərazisindəki üsyançı qrupları silahla təmin etməkdə ittiham edir. 2014-cü ildən bəri münaqişədə 10 mindən çox insan həyatını itirib.

Yuliya Samoilova kimdir?

Şəklin mənbəyi, Channel One Russia/ EVN
- İfaçı-bəstəkar 1989-cu ilin aprel ayında Rusiyanın Uxta şəhərində doğulub
- Onun Flame is Burning mahnısı, 2013 və 2015-ci illərdə də rusiyalı iştirakçılar üçün mahnı bəstələyən Leonid Gutkin tərəfindən bəstələnib
- Rusiyalı iştirakçı uşaqlıqdan əlil arabasına məhkum olub. O, onurğa əzələ atrofiyası: əzələ boşluğuna səbəb olan sinir-əzələ pozğunluğundan əziyyət çəkir
- O, 2013-cü il Rusiyanın X Factor yarışının finalçısı olub və 2014-cü il Soçi Qış Paraolimpiya yarışlarının açılış mərasimində çıxış edib

Samoilova, Kiyevdə mayın 11 baş tutacaq Eurovision Mahnı Müsabiqəsinin ikinci yarımfinalında çıxış edəcək.
Yarımfinalda qələbə qazana bilsə, iki gün sonra keçiriləcək finalda yer alacaq.






