ABŞ daimi yaşayış vizasına fasilə verib - Azərbaycana da aiddir
ABŞ daimi yaşayış vizasına fasilə verib - Azərbaycana da aiddir
ABŞ bəzi ölkələrə immiqrant - daimi yaşayış vizası verməyi hələlik dayandırıb. Onların arasında Azərbaycan da var.
Fasilə turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə aid deyil - ABŞ-ın Bakıdakı səfirliyi bildirib və əlavə edib ki, bu cür viza müraciətlərinin qəbulu Bakıda səfirlikdə davam etdirilir.



