Bağdad: ölənlərin sayı 165-ə çatıb

İnsanlar Bağdadda baş verən partlayış qurbanlarını anmaq üçün şamlar yandırıblar

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, İnsanlar Bağdadda baş verən partlayış qurbanlarını anmaq üçün şamlar yandırıblar

İraqın paytaxtı Bağdadda intiharçı bombanın partlaması nəticəsində ölənlərin sayı 165-ə çatıb, daxili işlər rəsmiləri deyir.

Hökumət, həmçinin 225 nəfərin yaralanmasına səbəb olan bu hücumdan sonra ölkədə üç günlük milli matəm elan edib.

Ailələr Ramazan bayramı üçün mağazada bazarlıq etdiyi vaxt partlayıcı ilə dolu yük maşını Karrada rayonunda partladılıb.

Bu, 2007-ci ildən bəri İraqda ən ölümcül partlayışdır.

Xilasedicilər deyib ki, ailələr bütövlükdə məhv olub və qurbanlar tanınmaz dərəcədə yanıb.

Gecə düşsə də işçilər axtarışları və dağılmış binanın qalıqlarını ərazidən təmizləməkdə davam ediblər.

Partlayış nəticəsində ailələr bütün üzvü ilə birlikdə məhv edilib

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Partlayış nəticəsində ailələr bütün üzvü ilə birlikdə məhv edilib

Hadisəyə görə özünü İslam Dövləti adlandıran qruplaşma məsuliyyəti üzərinə götürüb.

Bazar günü hadisədən saatlar sonra əsasən şiə müsəlmanlarının yaşadığı bu əraziyə gələn İraqın baş naziri Heydər əl-Abadi və onun dəstəsi qəzəbli izdihamla qarşılaşmalı olub.

Baş nazirin ofisi bildirib ki, cənab Abadi sakinlərin reaksiyasını anlayır və təhlükəsizliyi qorumaq üçün saxta bomba detektorları olan "sehirli çubuq"ların qadağası və şəhər yollarında avtomobil yoxlanışlarının artıracaq.

Fırıldaqçılar İraqda əsasən qolf toplarının tapılması üçün istifadə edilən saxta bomba detektorlarının geniş satışına nail olub.

Soyuducu yük maşını partlayıcı ilə doldurulub və məşhur al-Hadi mərkəzi yaxınlığında buraxılıb, hakimiyyətin yaydığı hesabatda deyilir

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Soyuducu yük maşını partlayıcı ilə doldurulub və məşhur al-Hadi mərkəzi yaxınlığında buraxılıb, hakimiyyətin yaydığı hesabatda deyilir

Bir ingilis iş adamı İraqda 600 ədəd qolf toplarını tapmaq məqsədi daşıyan uçuz cihazın birini 40 min dollardan satıb, buna görə o, 10 il həbs cəzası alıb.

Böyük Britaniya 2010-cu ildə bu cihazların İraqa ixracına qadağa qoyub. Hərçənd ki, başqa fırıldaqçılar da bu cihazların satışına görə cəzalandırılıb.

Cihazların istifadəyə yararsız olması barədə dəfələrlə xəbərdarlıq edilsə də, İraq təhlükəsizlik qüvvələri onlardan istifadəni dayandırmayıb.

Karrada hücumundan sonra İraqın ədliyyə naziri bildirib ki, terror cinayəti törətmiş məhbuslar qrupu yaxın gələcəkdə ölümə məhkum ediləcək.

Gecə saatlarında baş verən partlayış ölkənin bu ilki tarixində ən qanlı hadisə sayılır və İraqın Fəlluca şəhərini İD qruplaşmasından <link type="page"><caption> azad etməsindən</caption><url href="http://www.bbc.com/azeri/international/2016/06/160626_falluja_iraq.shtml" platform="highweb"/></link> bir həftə sonraya təsadüf edib.

Xilasedicilər axtarışları bütün gecə boyu davam etdirib

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Xilasedicilər axtarışları bütün gecə boyu davam etdirib

Məlumatlarda deyilir ki, soyuducu yük maşını partlayıcı ilə doldurulub və məşhur al-Hadi mərkəzi yaxınlığında buraxılıb.

Hadisədən dəqiqələr sonra paylaşılmış görüntülərdə ərazinin alov içində olduğu görünür.

"Hadisə qurbanlarının bədənini toplamaq üçün bizə günlər lazım olacaq. Bu çətin tapşırıqdır", AFP xəbər agentliyi milli müdafiə qoşunlarının əməkdaşından sitat gətirir.

"Mənim gördüyüm qurban siyahısına ailənin bütün üzvü daxil edilib- ata, oğul, ana və qızları- bütün ailə bu partlayış nəticəsində məhv olub."

Daha beş nəfərin ölümünə səbəb olan ikinci partlayış isə əsasən şiələrin yaşadığı ərazidə baş verib.

İnsanlar qəzəblənib ki, cihadçılar istədiyi vaxt Bağdadı bombalaya biləcək vəziyyətdə görünür, BBC müxbiri deyir

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, İnsanlar qəzəblənib ki, cihadçılar istədiyi vaxt Bağdadı bombalaya biləcək vəziyyətdə görünür, BBC müxbiri deyir

İD qruplaşması internet üzərindən yaydığı bəyanatda deyib ki, hücum İraq tərəfindən "davam edən təhlükəsizlik tədbirinin" bir hissəsi olaraq həyata keçirilib.

Bazar günü ABŞ deyib ki, sonuncu bomba hücumu İraqın İD qruplaşmasına qarşı apardığı mübarizə tədbirlərində onun dəstəyini qətiləşdirib.

"İŞİD-i dağıtmaq üçün İraq camaatı və hakimiyyəti ilə birgə mübarizə aparmaq səylərimiz olduğu kimi qalır", Ağ Evin verdiyi bəyanatda deyilir.

BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Jan Kubis zorakılığı "misilsiz miqyaslı qorxaq və dəhşətli akt" adlandırıb.

O deyib ki, "cəbhədə məğlubiyyətə uğrayan" İD döyüşçüləri "öz qisasını köməksiz insanları hədəf alaraq çıxmaq istəyir".

İraqda 2016-cı ildə İD hücumları:

9 iyun 2016: Bağdadda 30 nəfərin ölümü ilə nəticələnən iki intiharçı bombaçı partlayıb

17 may 2016: Bağdadda 4 bombanın partladılması 69 nəfəri öldürüb; hadisələrdən 3-ü şiələrin yaşadığı yerdə baş verib

11 may 2016: Bağdadda avtomobillərin partladılması nəticəsində 93 nəfər həlak olub. Onlardan 64 nəfəri şiələrin yaşadığı Sidr şəhərində ölüb

1 may 2016: Səmava şəhərində iki avtomobilin partladılması azı 33 nəfəri öldürüb

26 mart 2016: İskəndəriyyə şəhərinin mərkəzində futbol oyunu zamanı intiharçı bombaçı partladılıb, azı 32 nəfər həlak olub

6 mart 2016: Hilla şəhərinin mərkəzinə yaxın ərazidə yanacaq tankeri partladılıb, 47 nəfər ölüb

28 fevral 2016: Sidr şəhərində iki bomba hücumü, 70 nəfər ölüb