Bağdad: “İslam Dövləti" tərəfindən partlayış, azı 125 nəfər ölüb

İraq paytaxtı Bağdadda özünü İslam Dövləti (İD) adlandıran qruplaşma tərəfindən həyata keçirilmiş iki partlayış nəticəsində azı 125 nəfər həlak olub və təxminən 150 nəfər yaralanıb, İraq polisi bildirir.

Şənbə axşamı baş vermiş birinci partlayış mərkəzi küçələrin birindəki restoran və ticarət mərkəzinə yaxın avtomobildə olub.

Partlayışın iftar zamanı baş verdiyi və küçələrin insanlarla dolu olduğu deyilir.

Bazar günü hadisə yerinə gələn İraq baş naziri Heydər əl-Abadi qəzəbli izdihamla qarşılaşmalı olub.

İkinci partlayış isə əsasən şiələrin yaşadığı ərazidə baş verib.

Partlayışlar İraq təhlükəsizlik qüvvələrinin <link type="page"><caption> Fəlluca şəhərini İD-dən geri almasından bir həftə keçmiş baş verib</caption><url href="http://www.bbc.com/azeri/international/2016/06/160626_falluja_iraq.shtml" platform="highweb"/></link>.

Hadisəyə görə İD məsuliyyəti üzərinə götürüb.

Şəklin mənbəyi, AP

Partlayış nəticəsində ölənlərin bir çoxu uşaqlar olub, Associated Press agentliyi bildirir.

Bazar günü ailələr itkin düşmüş yaxınlarınını görmək ümidilə küçələrə toplaşıblar.

İD İraqın ikinci böyük şəhəri olan Mosul da daxil olmaqla, hələ də ölkənin şimalında geniş ərazilərə nəzarəti həyata keçirir.

Şəklin mənbəyi, EPA