İraq “Fəllucadakı sonuncu İD istehkamını ələ keçirib”

Döyüşlər Fəllucanın Qolan rayonunda baş verib

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Döyüşlər Fəllucanın Qolan rayonunda baş verib

İraq ordusu özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın Fəlluca şəhərindəki sonuncu istehkamını ələ keçirdiyini bildirib.

Əməliyyat zamanı terror əleyhinə qüvvələrin rəhbəri olan general Abdul-Vahad əl-Saadi deyib ki, onun qoşunları İD nəzarətində olan Qolan məhəlləsinə daxil olub.

Şəhər tamamilə “azad edilib,” o deyib.

İD Fəlluca şəhərini 2014-cü ilin yanvar ayında ələ keçirib.

Bu ayın əvvəli İraq baş naziri Heydər əl-Abadi, qoşunların İraq bayrağını şəhər rəhbərliyinin binasında qaldırdıqdan sonra, şəhərin “azad edilməsini” alqışlamışdı.

Əməliyyat zamanı azı 1800 İD döyüşçüsü öldürülüb, cənab əl-Saadi bildirib.

Cənab Abadi şəhərin ələ keçirilməsi üçün hərbi əməliyyatlatı may ayında başladıb.

Ənbar əyalətində yerləşən Fəlluca şəhəri İD əlinə keçmiş ilk İraq şəhəri olub.