İraq: “Fəlluca şəhər hakimiyyəti binası İD-dən geri alınıb”

Şəklin mənbəyi, AFP
İraq hökumət qüvvələri Fəlluca şəhərindəki əsas hökumət kompleksini özünü İslam Dövləti (İD) adlandıran qruplaşmadan geri alıblar, yüksək rütbəli komandir bildirib.
Lt general Abdul Vahhab əl-Saadi BBC-ə bildirib ki, Terrorçuluq Əleyhinə Qüvvələr və operativ reaksiya qüvvələri şəhər məclisnin binasını “azad” edib.
Bundan əvvəl onlar şəhərin şərqində yerləşən sənaye bölgəsini geri aldıqlarını bildirmişdilər.
Bağdaddan 50 km qərbdə yerləşən Fəlluca İD-nin İraq və Suriyada ən çox nəzarət etdiyi şəhərdir.
Cihadçı qruplaşma şəhəri 2014-cü ilin yanvar ayında ələ keçirib.
<bold>Həmçinin izləyin</bold>: <link type="page"><caption> Fəllucada mülki əhalinin aqibəti narahatlıq doğuru</caption><url href="http://www.bbc.com/azeri/multimedia/2016/05/160531_fallujah_offensive_iraq.shtml" platform="highweb"/></link>r
