İraq ordusu Fəlluca ətrafında mövqeyini möhkəmlədir

İraq hökümət qüvvələri özünü İslam Dövləti (İD) adlandıran qrupun nəzarət etdiyi Fəlluca şəhəri istiqamətində irəliləyərək Karma qəsəbəsini ələ keçiriblər.
Karma qəsəbəsi İD qrupunun Fəlluca ətrafında qurduğu müdafiə sisteminin ön xəttində yerləşir.
İraq ordusu İD qrupu silahlılarını Fəllucadan vurub çıxarmaq niyyətindədir.
Fəlluca İD qrupunun İraqda nəzarət etdiyi iri iki şəhərdən biridir.
BBC müxbirinin bildirdiyinə görə, Fəlluca müdafiəsinin ön xətti sayılan Karma qəsəbəsi hazırda İraq hökümət qüvvələrinin tam nazərəti altındadır.
Ordunun elit hissələri Fəlucca yaxınlığında, Bağdaddan 45 km qərbdə yerləşdirilib.
İD qrupu İraq ordusunun hücum əməliyyatına əks-hücumlarla cavab verməyə cəhd göstərir.
Fəllucanın şimalında intiharçının avtomobildə ordu qüvvələrinə qarşı keçirdiyi hücum nəticəsində İraq hökümət qüvvələri itki verib - əsgərlər arasında ölən və yaralananlar var.
Şəhərin cənub hissəsində isə İD qrupunun hücumunun qarşısı döyüş helikopterlərinin köməyilə alınıb.
Bir neçə gün əvvəl ABŞ Fəllucada İD qrupu silahlılarının komandiri Mahir əl Biləvinin və onlarla digər silahlının hava zərbəsi nəticəsində öldürüldüyünü bildirmişdi.
Karma qəsəbəsi BBC müxbirinin sözlərinə görə, dağıntılar içindədir.
Fəlluccanın mərkəzi hissəsinə hökümət qoşunlarının hücuma nə vaxt keçəcəyi hələlik bilinmir.




