Fəlluca: mülki əhalinin aqibəti narahatlıq doğurur
İraqda özünü İslam Dövləti (İD) adlandıran qrupun silahlıları Fəllucaya hücum əməliyyatı keçirən İraq hökümət qüvvələrinə qarşı şiddətli müqavimət göstərirlər.
BBC müxbirinin bildirdiyinə görə, İD qrupu intiharçılardan istifadə edərək əks-hücumlar təşkil edir.
Lakin İraq hərbiyyəsi Fəllucaya daha da yaxınlaşıb.