Bağdadda ölümcül partlayışlar: azı 125 nəfər həlak olub

İraq paytaxtı Bağdadda özünü İslam Dövləti (İD) adlandıran qruplaşma tərəfindən törədilmiş partlayış nəticəsində azı 125 nəfər həlak olub, İraq polisi xəbər verir.

Hadisə nəticəsində Təxminən 150 nəfərsə xəsarət alıb.

Şənbə günü baş vermiş birinci partlayış əsasən şiələrin yaşadığı mərkəzi küçələrin birindəki restoran və ticarət mərkəzinə yaxın avtomobildə olub.

Partlayış iftar zamanı insanların restoran və alış-veriş mərkəzində olduğu vaxt baş verib.

Hadisəyə görə özünü İD məsuliyyəti üzərinə götürüb.