Aİ Türkiyə ilə miqrantlara dair danışıqlarda ümumi mövqeni razılaşdırıb

Şəklin mənbəyi, AP

Avropa İttifaqı liderləri miqrant böhranının həlli üzrə Türkiyəyə təqdim ediləcək ümumi mövqe üzrə razılığa gəliblər, danışıqlardan sonra Lüksemburqun baş naziri Xavier Bettel bildirib.

Razılaşmanı Türkiyə baş nazirinə Avropa Şurasının sədri Donald Tusk cümə günü şuranın iclasından qabaq təqdim edəcək, Bettel Twitter-də yazıb.

Təklif olunan plan üzrə Türkiyədən Yunanıstana gələn bütün qeyri-leqal miqrantların geri qaytarılması nəzərdə tutulur.

Müqabilində, gözlənildiyi kimi, Avropa İttifaqı (Aİ) Ankaraya maliyyə yardımı və Şengen müqaviləsi ölkələrinə vizasız gediş-gəliş təklif edə bilər.

2015-ci il ərzində milyondan çox adam Avropada sığınacaq istəyib

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, 2015-ci il ərzində milyondan çox adam Avropada sığınacaq istəyib

Almaniya kansleri Angela Merkel Türkiyədən bütün qaçqınlara beynəlxalq standartlara uyğun müdafiə təmin etmək tələb olunduğunu bildirib.

Onun sözlərinə görə, Türkiyədə Aİ düşərgələrindən qaçqınların köçürülməsi bir neçə gündən sonra başlana bilər, razılaşmanın şərtlərinə əsasən, ilk qeyri-leqal miqrant Yunanıstandan Türkiyəyə qaytarıldıqdan sonra.

Beynəlxalq hüquq hüdudunda

Lakin Merkel bəyan edib ki, Aİ, yeni sistem işə düşməyincə, yeni qeyri-leqal miqrasiya dalğasının qabağını almaq üçün qeyri-leqal miqrantların sürətli templə Türkiyəyə qaytarılmasına hazır olmalıdır.

Litvanın prezidenti Dalia Grybauskaite xəbərdarlıq edib ki, miqrantların Türkiyəyə qaytarılması planı beynəlxalq hüquq hüdudundadır və onun həyata keçirilməsi asan olmayacaq.

Fransa prezidenti Francois Hollande xəbərdar ki, miqrant probleminin həlli axtarışında qabaqcadan uğurlu nəticə vəd etmək olmaz

Şəklin mənbəyi, g

Şəklin alt yazısı, Fransa prezidenti Francois Hollande xəbərdar ki, miqrant probleminin həlli axtarışında qabaqcadan uğurlu nəticə vəd etmək olmaz

Türkiyə baş naziri Ahmet Davutoğlu, öz növbəsində, xəbərdar edib ki, Türkiyə qaçqınlar üçün açıq məhbəsə çevrilmək niyyətində deyil.

Miqrantlar Türkiyəyə qaytarılarkən beynəlxalq hüquqların pozulması ilə bağlı ittihamlardan qacınmaq məqsədilə Aİ liderləri Yunanıstanda sığınacaq üçün hər bir müraciət edənin işinə müfəssəl surətdə baxılacağına dair zəmanət vermək imkanını da müzakirə ediblər.

Fransa prezidenti Francois Hollande deyib ki, bu problemin həlli axtarışında “xoşbəxt sonluq” üçün qarantiya verə bilməz.