Şimali Koreyanın Moranbong qrupu niyə görünmürdü?

Şimali Korea lideri Kim Jong-Un ölkənin bu ən məşhur qrupunun pərəstişkarıdır.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Şimali Korea lideri Kim Jong-Un ölkənin bu ən məşhur qrupunun pərəstişkarıdır.

Koreyanın məşhur musiqi qrupu boşboğazlara və özünü ekspert hesab edənlərə yaxşı dərs verib.

İki ay ərzində, ölkədə Moranbong qrupunun taleyi ilə bağlı çoxlu şaiələr gəzirdi. Bütün üzvləri qadınlar olan qrupun axırı nə oldu? Onları aradan götürdülər? Onlar niyə belə həddən artıq məşhur oldu?

Qrup iyuldan etibarən Şimali Koreya televiziyalarında görünməyib və keçən həftə, buna görə də bəziləri onların “aradan götürülməsi” və ya ölkəni tərk etməsi versiyasını irəli sürüb.

"Kim Jong-Unun sevimli Şimali Koreyalı qızlardan ibarət qrupu yoxa çıxıb?", ötən həftə belə bir xəbər başlığı göründü.

Lakin çox keçməmiş qrup Pxenyanda böyük bir konsertlə çıxış edərək səhnəyə qayıdıb.

Daha sevilmir?

Heç kəs dəqiq bilmir ki, Moranbong qrupu nəyə görə daha oxumur. Məşhurlar barəsində gəzən şaiələri hətta açıq Qərbdə deşifrə etmək çox çətindir, o ki, qaldı Şimali Koreya ola.

Chongbong qrupu Moranbongun yoxa çıxdığı bir zamanda qurulub.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Chongbong qrupu Moranbongun yoxa çıxdığı bir zamanda qurulub.

Dediyimiz kimi, iyul ayından bu yana, qərbin klassik və və Pxenyanın təbliğat xarakterli musiqilərini ifa edən qrupun mahnıları tamaşaçılara fonda səs olmaqla Şimali Koreyanın küçə və kənd şəkilləri ilə müşaiət olunan klip formasında təqdim olunub.

İctimai xadimlərin tez-tez yoxa çıxdığı Şimali Koreyada, daim hər cür fərziyyə yürütmək olur. Onlar edam olunub? Onların daha Kim Jong-Un tərəfindən sevilməməsinin səbəbi nədir?

Onlar, əlbəttə ki, Kimin sevimli qrupu olaraq qalıb. Çünki onlar bazar ertəsi günü, Kuba nümayəndə heyəti görüş zamanı konsert proqramı ilə çıxış edib.

Yerli mediaya görə, qrup Kuba və Şimali Koreyaya məxsus seçilmiş mahnıları ifa etmiş və o cümlədən “Pxenyan hamıdan yaxşıdır” mahnısının orkestr versiyasını səsləndirib.

"Konsertin sonunda isə teatr salonunda gurultulu alqış sədaları ucaldı," dövlət mediası bildirib. "Kim Jong-un isə ifaçıların və tamaşaçıların coşğulu və hərarətli alqışlarına, səmimi qəlbdən əl sallamaqla cavab vermişdir”, xəbərdə deyilir.

Rəqib qrup?

Qrupun yenidən səhnəyə qayıtmasından əvvəl, şaiyələrin daha da çoxalmasına səbəb, iyul ayında Moranbong qrupunun yoxa çıxdığı bir dövrdə Chongbong adlı yeni qrupun yaranması olub.

Şimali Koreyanın dövlət xəbər agentliyi yeni yaranmış qrupu "perspektivli inqilabi incəsənət truppası" adlandırıb. Cənubi Koreyanın aparıcı mediası isə belə bir fərziyyə irəli sürmüşdü ki, yeni qrupun yaranmasına səbəb Moranbong qrupunun dağılması olub.

Qrupun dağılması, İlk dəfə 2012-ci ilin iyulunda səhnəyə çıxmış Moranbong üçün şöhrətin zirvəsindən ani düşüş kimi qiymətləndirilə bilərdi.

Şimali Koreyanın tanınmış musiqiçilərinin barədə yayılan aradan götürülməsi və ya edam edilməsi şaiyələri əvvəllər də yayılıb.

Şəklin mənbəyi, Getty

Şəklin alt yazısı, Şimali Koreyanın tanınmış musiqiçilərinin barədə yayılan aradan götürülməsi və ya edam edilməsi şaiyələri əvvəllər də yayılıb.

Onların ifa və geyim tərzində kifayət qədər qərbə meyillik var.

Qərb mətbuatı da bu qızlar barədə pozitiv sözlər deyir və onları “Şimali Koreya lideri Kim Jong-unun sevimli gitara daşıyan, qısa ətək geyinən qız qrupu adlandırır”.

Britaniyanın Daily Telegraph qəzeti bildirir ki, “totalitar rejimlərə xas olan, hər şeyin dəyişməz olduğu ölkələrdə bu cür qrupun mövcudluğu gözlənilməzdir”. “Bu qrup Azərbaycanı Eurovisionda təmsil edə bilər”, qəzet əlavə edib.

Buradan belə bir dərs çıxarmaq lazımdır: Şimali Koreyada baş verən hadisələr barədə fərziyyə yürütməyin. Şimali Koreyada, xüsusən də oranın siyasi məhbusların saxlandığı həbsxanalarda dəhşətli hadisələr baş verir. Lakin bütün dəhşətli hadisələr barədə xəbərlər doğru olmaya bilər.