Şimali Koreyadakı tısbağa fermasının "rəhbəri edam olunub"

Şəklin mənbəyi, Reuters
Cənubi Koreyadan daxil olan məlumatlara görə, Şimali Koreyada tısbağa fermasının rəhbəri edam olunub.
Edam may ayında fermaya Şimali Koreya liderinin baş çəkməsindən sonra yer alıb.
Rəsmi mətbuata əsasən Kim Çen In Tedon çayındakı ferma rəhbərliyini yüzlərlə tısbağa balasının tələfatına görə tənqid etmişdi.
Güman edilir ki, tələfata su ilə təminata maneə törədən quraqlıq səbəb ola biərdi.
